Keçmiş məcburi köçkün: Ömrümün yarısını Zabuxda, yarısını Bakıda yaşamışam...
Bakı, 16 noyabr, Xəyalə Cəfərova, AZƏRTAC
Hazırda 60 yaşım var. Yaşımın tən yarısına qədər - 30 il Zabuxda yaşadım. Sonra işğal nəticəsində məcbur Bakıya köçməli olduq, paytaxtda yaşadım. İndi isə ailəliklə doğma torpağımıza, evimizə gedirik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində noyabrın 16-da Bakıdan Laçın rayonunun Zabux kəndinə yola salınan keçmiş məcburi köçkün Çiçək Əhmədova deyib.
“Azərbaycanın hər guşəsi gözəldir. Amma Laçın rayonu, Zabux kəndi mənim üçün daha da doğmadır. Şükürlər olsun ki, sağ-salamat doğma elimizə, obamıza qayıdırıq. Allah Böyük Qayıdışı gözləyən digər keçmiş məcburi köçkünlərə də bu günü yaşatsın”, - deyə Zabux sakini əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:05]
Yeni dərman zavodundan REPORTAJ VİDEO
- 05.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [19:02]
Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO
- 05.10.2026 [18:03]
Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir
- 05.10.2026 [17:54]