KƏND TƏSƏRRÜFATI İNNOVASİYA SİSTEMİ VƏ EHTİYACLARIN QİYMƏTLƏNDİRİLMƏSİ MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
Bu günlərdə Bakıda “Kənd təsərrüfatı innovasiya sistemi və ehtiyacların qiymətləndirilməsi” mövzusunda seminar keçirmişlər. Seminarda Kənd Təsərrüfatı Nazirliyi baş idarələrinin rəhbərləri və mütəxəssisləri, qeyri-hökumət təşkilatlarının, Azərbaycan Marketinq Cəmiyyətinin, özəl aqrar-sənaye müəssisələrinin, fermer qruplarının nümayəndələri iştirak edirdilər.
Seminarı Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev açmışdır. Kənd təsərrüfatı nazirliyinin idarə rəisi Sabir Vəliyev, Almanıya Texniki Əməkdaşlıq Cəmiyyətinin Azərbaycanda həyata keçirdiyi inteqrə olunmuş ərzaq təminatı Proqramının rəhbəri, professor Xosrov Səidi, Müsabiqəli qrantlar sistemi və aqrar elmin islahatı proqramının tətbiqi üzrə kənd təsərrüfatı tədqiqatları şurası katibliyinin rəhbəri Məmmədzadə Nəbiyev və başqaları çıxış etmiş, müzakirələr aparılmışdır.
Sonra Milli Kənd Təsərrüfatı Tədqiqatlarına Beynəlxalq Xidmət üzrə Elm Mərkəzinin əməkdaşları Tuğrul Təməl və Acit Maru “Pambıqçılıq sektorunda Kənd təsərrüfatı Innovasiyalar sisteminin mahiyyəti və onun inkişafında informasiya və kommunikasiya texnologiyalarının rolu” mözusunda çıxış edərək, kənd təsərrüfatı innovasiya sisteminin təhlili üçün sistem metodologiyaya dair ətraflı məlumat vermişlər.
Pambıqçılıq sektorunda öncül poblemlərin müəyyən edilməsi məqsədi ilə seminar iştirakçılarından ibarət yaradılmış dörd işçi qrupu qeyd olunan məsələlər barədə ümumiləşdirmələr apararaq təqdimatlar hazırlamışlar.
Bunun əsasında pambıqçılığa dair geniş layihə tərtib edilib donor təşkilatlara təqdim olunacaqdır.