KƏNDDƏ ŞƏHİDLƏR MUZEYİ
20 Yanvar Ümumxalq hüzn günü ərəfəsində Tərtər rayonunun Qaraqoyunlu kəndində şəhidlər muzeyi yaradılmışdır. Muzey Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun adını daşıyır. Burada qəhrəmanın ömür yolunu, cəbhə həyatını əks etdirən eksponatlar toplanmışdır. Muzeydə torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə kəndin qəhrəmanlıqla həlak olmuş 12 şəhid oğlu barədə də məlumat vardır. Bundan sonra şəhidlərin hər birinin xatirə günü bu muzeydə keçiriləcəkdir.
SƏHİYYƏ OBYEKTLƏRİ BƏRPA OLUNUR
ABŞ-ın Beynəlxalq Xilasetmə Komitəsinin (BXK) icmanın inkişafı və sağlamlığı layihəsi respublikanın 8 rayonunda, eləcə də Tərtər rayonunda həyata keçirilir. Beynəlxalq təşkilatın köməyi ilə Qaraqoyunlu kəndində 50 çarpayılıq xəstəxana, Xoruzlu kəndindəki ambulatoriya əsaslı surətdə təmir olunmuş, Küçərli kəndində isə yeni feldşer-mama məntəqəsi tikilib istifadəyə verilmişdir. “Uşaqları qoruyun” Beynəlxalq humanitar təşkilatın hesabına Mamırlı kindindəki ambulatoriya əsaslı təmir olunmuşdur. Qaradağlı kəndindəki ambulatoriyada isə bərpa işləri başa çatmaq üzrədir. Bu obyektlərin hamısı müasir tibb avadanlığı ilə təchiz olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:21]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [15:48]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [11:26]
Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]