Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin ilkin mərhələsinin nəticələri elan olunub
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 16-da keçirilmiş Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin ilkin mərhələsinin nəticələri elan olunub.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, nəticələri ttm.edu.az portalına daxil olub ÜTİS kodunu yazaraq əldə edə bilərsiniz. ÜTİS kodunu yazdıqdan sonra açılan pəncərədə şagirdin nəticələri, eyni zamanda, “Status” yazılan hissədə şagirdin ikinci mərhələyə keçib-keçmədiyi, diplom, yoxsa sertifikat aldığına dair məlumat qeyd olunub. “Status” bölməsində “Final” yazılan şagirdlər növbəti mərhələdə iştirak hüququ qazanmış hesab edilirlər.
Müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək. Final mərhələsinin buraxılış vərəqləri isə mayın 6-dan etibarən kabinetlərə yüklənəcək. Final mərhələsinə keçid edən şagirdlərin şəxsi kabinet yaratdıqları əlaqə nömrəsinə SMS göndəriləcək. Müsabiqə ilə əlaqəli müraciətlər 3 iş günü ərzində [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul edilir.
Qeyd edək ki, müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.05.2026 [11:32]
Mixail Qusmana ADU-da “Fəxri professor” adı verilib VİDEO
- 26.05.2026 [18:57]
Hidrogen energetikası - onlayn seminar
- 26.05.2026 [18:53]
BDU tələbələri üçün İçərişəhərdə akademik infotur təşkil olunub
- 26.05.2026 [18:40]
Otuz il sonra BDU-da
- 26.05.2026 [18:39]
Azərbaycanda intensiv yağıntılar sürüşmə riskini artırıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
"Şimal" I Liqada qalıb
- [18:02]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanda Qurban bayramıdır
- [09:00]