“Kəpəz” baş məşqçisi Yaşar Vahabzadə ilə müqaviləyə xitam verib
Bakı, 29 avqust, AZƏRTAC
Gəncənin “Kəpəz” klubu baş məşqçisi Yaşar Vahabzadə ilə müqaviləyə xitam verib.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Y.Vahabzadə ilə yanaşı, onun köməkçiləri də komandadan göndərilib.
Gəncə təmsilçisinin açıqlamasında bildirilib: “Klubumuzun rəhbərliyi əsas komandanın baş məşqçisi Y.Vahabzadə ilə görüşüb. Görüşdə komandanın nəticələri təhlil olunub və qarşılıqlı razılıq əsasında Y.Vahabzadə, eləcə də məşqçilər korpusuna daxil olan məşqçilər ilə müqaviləyə xitam verilib”.
Y.Vahabzadə 2019-cu ildən “Kəpəz”i çalışdırırdı.
Qeyd edək ki, "Kəpəz" bu mövsüm Premyer Liqada keçirdiyi 4 oyunun hamısında uduzub və komanda sonuncu - 10-cu pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]