“Kəpəz”in yeni transferi: Komandanın çıxışı azarkeşlərin ürəyincə deyil
Bakı, 3 oktyabr, AZƏRTAC
"Karyeramda yeni bölüm başlayır. Türkiyədən sonra ölkənizdə legioner həyatı yaşayacağam. Bura gəldiyimə görə şadam”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Kəpəz”in yeni transferi Mahamadu Ba klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Malili futbolçu Gəncə təmsilçisinə keçidi ilə bağlı fikirlərini bölüşüb: “Klubda məni olduqca mehriban qarşıladılar. Bir neçə gündür düşərgədəyəm. Həvəslə məşq edirəm. Yaxşı bazamız var. "Kəpəz"in Bakıda "Zirə" ilə oyununu stadiondan canlı izləmək imkanım oldu. Komandanın çıxışı, bilirəm ki, azarkeşlərin ürəyincə deyil. Amma kollektiv olaraq vəziyyəti dəyişmək üçün çalışırıq”.
O, Türkiyə ilə Azərbaycan futbolu arasında fərqdən də danışıb: “Azərbaycanda komandalar fiziki oyuna üstünlük verməyə çalışırlar. İlk baxışdan belə görünür. Türkiyədə isə başqa cürdür. Superliqada komandalar taktiki-texniki cəhətdən seçilməyə çalışırlar".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]