KERÇ BOĞAZININ ALTINDAN NƏQLİYYAT ÜÇÜN TUNEL ÇƏKİLƏCƏK
AZƏRTAC-ın Ukrinformdan aldığı xəbərə görə, Ukrayna və Rusiya Krımla Kuban arasında Kerç boğazının altından nəqliyyat üçün tunel çəkmək qərarına gəlmişlər. Bunu Krım Nazirlər Şurası sədrinin müavini Gennadi Babenko bildirmişdir.
Onun sözlərinə görə, Ukraynanın hazırladığı layihədə yeraltı keçid üç tuneldən ibarət olacaq və onların 2-si nəqliyyat üçün nəzərdə tutulur, 3-cü tunel isə texnoloji dəhlizdir. Tikintinin təxmini dəyəri 1,3 milyard dollardır. Yaxın vaxtlarda Ukrayna və Rusiyanın xarici işlər nazirlikləri bu layihəni razılaşdıracaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]