“Keşlə”nin qapıçısı Stanislav Namaşko Premyer Liqada 25-ci quru oyununu keçirib
Bakı, 24 avqust, AZƏRTAC
Bakının “Keşlə” klubunun qapıçısı Stanislav Namaşko Azərbaycan Premyer Liqasında 25-ci quru oyununu keçirib.
AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, yubiley 2020-2021-ci il mövsümünün ilk turuna təsadüf edib. “Sumqayıt”la səfər matçında (1:0) qol buraxmayan moldovalı ölkə çempionatında 25-ci dəfə qapısını toxunulmaz saxlayıb. S.Namaşko buna 75-ci oyununda nail olub.
2014-2015-ci il mövsümündə “AZAL”ın heyətində Premyer Liqada debüt edən qapıçı həmin çempionatda 3 quru oyun keçirib. Növbəti mövsümdə isə moldovalı 14 belə görüşün iştirakçısı olub. Ötən çempionat ölkəmizə qayıdan Namaşko “Keşlə”dəki debüt mövsümündə 7 matçda qapısını toxunulmaz saxlayıb. Futbolçu Azərbaycan çempionatları tarixində 25 və daha çox quru matç keçirən 49-cu qapıçı olub.
Qeyd edək ki, bu göstəricidə rekord “Nefçi”nin sabiq qapıçısı Rauf Mehdiyevə məxsusdur. O, 137 oyunda qapısını toxunulmaz saxlaya bilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [22:12]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]