KİNEMATOQRAFÇILAR İTTİFAQINDA MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Mədəniyyət və Turizm Nazirliyinin kino işləri şöbəsinin müdiri vəzifəsini icra edən Cəmil Fərəcov filmin istehsalının başa çatması münasibətilə onun yaradıcı kollektivini təbrik etmişdir. Yeni ekran əsərinin quruluşçu rejissoru Ramiz Əzizbəyli filmin yaradıcı heyətini kütləvi informasiya vasitələri nümayəndələrinə təqdim edərək, çəkiliş prosesindən danışmışdır. Bildirmişdir ki, filmdə çəkilmək üçün, əsasən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri dəvət olunmuşlar. Filmdə onlardan ikisi - Vidadi Həsənov və Gülşad Baxşıyeva baş rollara çəkilmişlər.
Vətənpərvərlik mövzusunda lentə alınmış filmdə Qarabağ müharibəsində şəhid vermiş bir ailənin əzab və iztirabları, ağır psixoloji sarsıntıları ön plana çəkilmişdir. Böyük oğlunun ölüm xəbərini anasından gizlədən ata kiçik oğlunu da vətənin müdafiəsinə ruhlandırır.
Filmin ssenari müəllifi Orxan Fikrətoğlu, operatoru Amin Novruzov, rəssamı Nizami Bəydəmirov, bəstəkarı Aydın Əzim Kərimoğludur.
Yeni ekran əsərinin ilk təqdimatı yaxın günlərdə olacaqdır.
Konfransda jurnalistlərin sualları cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:57]
Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb
- 12.10.2026 [18:34]
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb
- 12.10.2026 [18:20]
İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]