Kipr İsrail futbol klublarının adada oyun keçirməsinə razılıq verməyib
Bakı, 20 noyabr, AZƏRTAC
Kiprin hakimiyyət orqanları İsrailin “Makkabi Təl-Əviv” və “Makkabi Hayfa” klublarının iştirakı ilə adada Avropa Liqası çərçivəsində oyunlar keçirilməsinə təhlükəsizlik baxımından icazə verməyib.
AZƏRTAC xəbər verir ki, Kipr Dövlət Teleradio Korporasiyası bu barədə respublikanın ədliyyə və ictimai asayiş naziri Anna Kukidis-Prokopiuya istinadla məlumat yayıb.
“Dövlət üçün ilk yerdə vətəndaşların təhlükəsizlik məsələsi durur. Əldə edilən bütün məlumatları nəzərə alaraq, İsrail komandalarının iştirakı ilə futbol oyunlarının keçirilməsinə dair müraciətlər yerinə yetirilə bilməz”, - deyə nazir bildirib. Onun sözlərinə görə, Kipr polisi Yaxın Şərqdə yaranmış vəziyyətlə bağlı yüksək təhlükəsizlik tədbirləri görür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:30]
Humanoid robotlar sürətlə inkişaf edir
- 12.06.2026 [15:24]
Şimali İrlandiyada iğtişaşlarla bağlı saxlanılanların sayı 19-a çatıb
- 12.06.2026 [15:22]
Kaşağan qaz emalı zavodu layihəsi praktiki icra mərhələsinə qədəm qoyub
- 12.06.2026 [15:16]
Həyat şansı: Çin donor orqanlarının əlçatanlığını genişləndirir
- 12.06.2026 [15:09]
Britaniya iqtisadiyyatı İranla müharibənin təsirini hiss etməyə başlayıb
- 12.06.2026 [15:05]
Böyük Britaniyada 1 milyon gəncə meningit əleyhinə peyvənd təklif olunacaq
- 12.06.2026 [15:03]
Tallinin mərkəzində ilk modul bomba sığınacağı quraşdırılıb
- 12.06.2026 [14:53]
Məşhur rəssam Devid Hokni vəfat edib
- 12.06.2026 [14:51]