Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Belarusda təşkil olunan təlim-məşq toplanışı başa çatıb
Bakı, 16 iyul, AZƏRTAC
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Belarusda təşkil olunan təlim-məşq toplanışı başa çatıb.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, iyulun 9-dan paytaxt Minskdə hazırlıq keçən baş məşqçi Pərviz Səmədovun rəhbərlik etdiyi komanda bu gün Bakıya qayıdıb.
Milli səfərdə yerli yığma ilə üç yoxlama matçı keçirib. Belarus millisi ilə keçirilən hər üç görüşdə rəqib qələbə qazanıb.
Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan yığmamız təlim-məşq toplanışının sonuncu mərhələsini Bakıda davam etdirəcək.
Komanda ilk rəsmi matçını avqustun 3-də Bakıda “Avro-2023”ün təsnifat mərhələsi çərçivəsində Danimarka millisinə qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]