Kişineu Beynəlxalq Hava Limanı təhlükəsizlik tədbirlərini gücləndirib
Bakı, 4 noyabr, AZƏRTAC
Kişineu Beynəlxalq Hava Limanında sərnişinlərin və uçuşların təhlükəsizliyi gücləndirilib.
AZƏRTAC Moldovanın “Moldpres” informasiya agentliyinə istinadla xəbər verir ki, Kişineu Beynəlxalq Hava Limanı “PANTHER 6x6 S” adlı xüsusi qəza və yanğına müdaxilə vasitəsi əldə edib. Maşın Avstriyada yanğınsöndürmə və hava limanına müdaxilə üçün avadanlıq istehsalı sahəsində dünya liderlərindən biri olan “Rosenbauer International AG” tərəfindən istehsal edilib. Bu vasitə aviasiya hadisələri zamanı insan həyatının və hava limanı infrastrukturunun qorunmasını təmin edən sürətli, səmərəli müdaxilələr üçün nəzərdə tutulub.
Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına görə, hava limanları 10 təhlükəsizlik kateqoriyasına təsnif edilir və 10-cu kateqoriya ən yüksəkdir. Hazırda Kişineu Beynəlxalq Hava Limanı 7-ci kateqoriyaya aid edilir, lakin yeni müdaxilə vasitəsilə hava əməliyyatlarının təhlükəsizliyi əhəmiyyətli dərəcədə artırılaraq, mühafizə səviyyəsini 9-cu kateqoriyaya qaldırmağa imkan verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]
Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
- 23.09.2026 [08:53]