KİŞİNYOV DNESTRYANI BÖLGƏDƏN KEÇƏN QATARLARIN HƏRƏKƏTİNİ DAYANDIRMAQLA HƏDƏLƏYİR
“Moldova dəmir yolu” dövlət müəssisəsi rəhbərliyinin baş direktoru Miron Qaqauz tərəfindən imzalanmış bəyanatında deyilir: “Biz yük və sərnişin qatarlarının bu bölgədə hərəkətlərinin davam etdirilməsinin məqsədyönlülüyünə baxmalı olacağıq, çünki yaranmış şəraitdə qatarların təhlükəsizliyi təmin edilməyəcək və Moldovanın dəmir yolu beynəlxalq öhdəliklərini yerinə yetirməyəcəkdir”.
Bəyanatda bildirilir ki, Dnestryanı bölgənin nəqliyyat sektorunun rəhbəri Anatoli Blaşku Moldova dəmir yolu filiallarının bölgənin hüquqi orqanlarında qeydiyyata alınması istiqamətində fəal iş görür. M.Qaqauz bu hərəkətləri Moldova dəmir yolunun işinə müdaxilə kimi qiymətləndirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]