Kişinyovda anbardakı yanğın bir sutkadan artıqdır davam edir VİDEO
Bakı, 12 noyabr, AZƏRTAC
Moldovanın paytaxtı Kişinyov şəhərində anbarların birində baş verən yanğını bir sutkadır ki, nəzarət altına almaq mümkün olmayıb. Hazırda Moldova Daxili İşlər Nazirliyinin Mülki Müdafiə və Fövqəladə Vəziyyətlər Xidmətinin əməkdaşları hadisə yerində çalışırlar.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yanğın noyabrın 11-də anbarın 4-cü mərtəbəsində başlayıb. İçəridə tezalışan maddələr olduğundan alov tez bir zamanda digər mərtəbələrə də yayılıb.
Şəhərin demək olar ki, bütün yanğınsöndürənləri yanğınla mübarizə aparmaq üçün əraziyə gəlib. İnsident zamanı 28 yaşlı xilasedicinin həlak olduğu, 6 yanğınsöndürənin isə müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.
Binanın divarının uçma təhlükəsi yaranıb. Polis hadisənin baş verdiyi ərazini əhatəyə alıb.