Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ və Avropanın 10 nüfuzlu universitetindən qəbul təklifi alan azərbaycanlı gənc

ABŞ və Avropanın 10 nüfuzlu universitetindən qəbul təklifi alan azərbaycanlı gənc

Bakı, 17 iyun, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi ixtisası üzrə V kurs tələbəsi Elmir Hacızadə ABŞ və Avropanın 10 aparıcı universitetindən qəbul təklifi alaraq beynəlxalq akademik uğura imza atıb. O, AZƏRTAC-a müsahibəsində hazırlıq prosesi, əldə etdiyi nailiyyətlər və gələcək təhsil planları barədə danışıb. Müsahibəni təqdim edirik.

-ABŞ və Avropanın 10 nüfuzlu universitetindən qəbul təklifi almaq üçün hazırlıq prosesiniz necə keçdi və bu uğurda hansı amillər mühüm rol oynadı?

-Qəbul nəticələri sadəcə bir neçə ay ərzində universitetlərə müraciətlərin nəticəsi deyil, bu nəticə illər ərzində formalaşan məqsədyönlü və davamlı hazırlıqdan əldə olunan uğurdur.

Bu prosesi düzgün istiqamətləndirmək üçün ilk addım olaraq akademik hədəflərimi dəqiq müəyyən etdim və xüsusilə informasiya təhlükəsizliyi sahəsində dünyanın aparıcı universitetlərini araşdırmağa başladım. Həm proqramların məzmununu, həm tədris olunan fənləri, həm də elmi-tədqiqat imkanlarını və akademik heyəti dərindən təhlil etdim. Bu araşdırmalar mənə hansı istiqamətdə inkişaf etməli olduğumu daha aydın şəkildə göstərdi. Daha sonra ingilis dili hazırlığına ciddi fokuslanaraq IELTS imtahanında 9.0 üzərindən 8.0 bal əldə etdim. Bu, mənim üçün yalnız bir bal deyil, eyni zamanda, beynəlxalq akademik mühitə hazır olduğumun göstəricisi idi.

Hazırlıq dövründə, eyni zamanda, yalnız akademik göstəricilərə deyil, hərtərəfli inkişafıma önəm verdim. Beynəlxalq proqramlarda iştirak etdim, kibertəhlükəsizlik üzrə müsabiqələrdə və elmi konfranslarda təcrübə qazandım, həmçinin sosial və könüllü fəaliyyətlərdə aktiv oldum. Bu təcrübələr mənə həm praktiki bacarıqlar, həm də geniş baxış bucağı qazandırdı.

Hesab edirəm ki, bu uğurun arxasında duran ən vacib amil özünəinam və düzgün hazırlıq prosesi idi. Nailiyyətləri yalnız universitet müraciətləri üçün izləmək əvəzinə, kibertəhlükəsizlik və tələbə liderlik sahələrindəki maraqlarıma uyğun imkanları dəyərləndirdim. Zamanla bu təcrübələr həm akademik bacarıqları, həm də şəxsi inkişafı əks etdirən güclü bir profil yaratdı.

-Qəbul təklifi aldığınız universitetlər arasında seçim edərkən hansı meyarlara üstünlük verəcəksiniz və təhsil planlarınız nədən ibarətdir?

-ABŞ və Avropanın bir çox nüfuzlu universitetindən qəbul təklifləri almağım qürurvericidir. Seçimlərimi diqqətlə dəyərləndirdikdən sonra magistratura təhsilimi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində ABŞ-nin Karnegi Mellon Universitetində davam etdirməyi düşünürəm.

Karnegi Mellon Universiteti informasiya təhlükəsizliyi və süni intellekt sahələrində dünyanın aparıcı ali təhsil müəssisələrindən biridir. Orada bu sahələr üzrə güclü akademik baza, elmi-tədqiqat imkanları və praktiki təcrübə qazanmaq üçün geniş şərait mövcuddur.

Magistratura təhsilim üçün Dövlət Proqramına artıq müraciət etmişəm. Bu proqram istedadlı tələbələrin dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alması və bu bilikləri ölkəmizin inkişafına töhfə verməsi üçün dəyərli imkanlar yaradır.

Hazırda əsas məqsədim Dövlət Proqramının iştirakçısı statusunu qazanmaqdır. Bu mənim üçün həm yeni akademik mərhələ, həm də böyük məsuliyyətdir.

Xaricdə təhsilimi başa vurduqdan sonra isə Azərbaycana qayıdaraq informasiya təhlükəsizliyi siyasəti sahəsində fəaliyyət göstərməyi planlaşdırıram. Xüsusilə, cari ilin fevral ayında təqdim olunmuş “Azərbaycanın yeni rəqəmsal arxitekturası”nın həyata keçirilməsinə kibertəhlükəsizlik və süni intellekt istiqamətləri üzrə töhfə vermək niyyətindəyəm. Hesab edirəm ki, xaricdə əldə edəcəyim bilik və beynəlxalq təcrübə ölkəmizin rəqəmsal transformasiyasının sürətləndirilməsinə, kritik informasiya infrastrukturunun qorunmasına və süni intellekt ekosisteminin inkişafına dəstək olacaq.

-İnformasiya təhlükəsizliyi sahəsində təhsil alan digər tələbələrə beynəlxalq universitetlərə qəbul olmaq üçün hansı tövsiyələri verərdiniz?

-İnformasiya təhlükəsizliyi sahəsində təhsil alan tələbələrə beynəlxalq universitetlərə qəbul prosesi ilə bağlı əsas tövsiyəm ondan ibarətdir ki, təhsil müddəti ərzində yalnız akademik göstəricilərə deyil, eyni zamanda, hərtərəfli özünüinkişafa fokuslanmalıdırlar. Ən geniş yayılmış yanlış yanaşmalardan biri qəbul prosesinin yalnız transkriptdəki qiymətlərlə müəyyən olunduğunu düşünməkdir. Güclü akademik nəticələr vacib olsa da, aparıcı universitetlər namizədləri daha geniş meyarlar əsasında qiymətləndirirlər. Onlar motivasiyalı, aydın məqsədləri olan və mənalı töhfələr verə bilən şəxslər axtarırlar.

Bu səbəbdən, tələbələrə tövsiyəm odur ki, elmi araşdırmalarda iştirak etsinlər, məqalələr üzərində işləsinlər, könüllülük fəaliyyətlərində aktiv olsunlar, universitet daxilində tələbə klublarında yer alsınlar və mümkün olduğu hallarda iş və ya təcrübə proqramlarında iştirak etsinlər. Bu kimi fəaliyyətlər onların həm bacarıqlarını genişləndirir, həm də real təcrübə qazanmalarına imkan yaradır.

Ümumilikdə ideal tələbə yalnız özünü inkişaf etdirən deyil, eyni zamanda, daxil olduğu akademik və sosial mühitə dəyər qatan, cəmiyyətə töhfə verməyi hədəfləyən şəxs olmalıdır.

Qeyd edək ki, E.Hacızadə tələbəlik illərində bir sıra mühüm nailiyyətlər əldə edib. O, bp və “Prosol” şirkətlərinin birgə təşkil etdiyi Kibertəhlükəsizlik Təqaüd Proqramının, habelə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Technest” təqaüdünün qalibi olub. Kiberinsidentlərin idarə olunması mövzusunda elmi işinin təqdimatı üçün Beynəlxalq Astronavtika Konqresinə dəvət edilib. Kapitanı olduğu komanda ilə “TEKNOFEST 2025” yarışmasında “Ən yaxşı təqdimat” mükafatını qazanıb.

Elmir “Huawei Seeds for the Future” proqramında Azərbaycanı təmsil edib və rəhbərlik etdiyi komanda “Ən aktiv komanda” mükafatına layiq görülüb. O, həmçinin Almaniyanın Münxen şəhərində keçirilmiş Beynəlxalq Gənclər Görüşündə ölkəmizi təmsil edib və “Mannheimer” təqaüdünün dünya üzrə yeganə qalibi seçilib. MIT Siyasət Hakatonunda iştirak edərək uşaqların rəqəmsal təhlükəsizliyinin artırılmasına yönəlmiş kibersiyasət həlləri təqdim edib.

Bundan əlavə, Oksford Universitetinin “Hökumətdə süni intellekt və rəqəmsal transformasiya” proqramı üzrə sertifikat əldə edib. “Google” tərəfindən seçilən Elmir BANM-də “Google Developer Student Club”ın təsisçilərindən biri olub. O, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində təcrübə keçib. Hazırda “Cyber On” şirkətində kibertəhlükəsizlik mütəxəssisi kimi fəaliyyət göstərir.

Müxbir - Xatirə Cəfərova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib