Ötən beş ildə Təhsil Tələbə Krediti Fonduna 101 mindən çox müraciət daxil olub
Bakı, 17 iyun, AZƏRTAC
Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı dövrdən etibarən “e-ttkf.edu.az” portalına 101 min 827 müraciət daxil olub, onlardan 84 min 880 müqavilə rəsmiləşdirilib. Bu göstərici müraciətlərin təxminən 85 faizinin müsbət nəticələndiyini və mexanizmin səmərəliliyini nümayiş etdirir.
Fonddan AZƏRTAC-a bildirilib ki, rəsmiləşdirilmiş kredit müqavilələrinin 35 faizini sosial, 65 faizini isə standart təhsil tələbə kreditləri təşkil edir.
Təhsil pillələri üzrə bölgüyə əsasən, müqavilələrin 69 faizi bakalavriat, 23 faizi magistratura, 7 faizi orta ixtisas, 1 faizi isə peşə təhsili səviyyəsinin payına düşür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:55]
Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib
- 07.10.2026 [17:50]
Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş
- 07.10.2026 [17:15]
Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya
- 07.10.2026 [16:51]