Boksçular Olimpiya ümidləri turnirinə yollanıblar
Bakı, 17 iyun, AZƏRTAC
İyunun 18-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Olimpiya ümidləri turniri start götürəcək.
AZƏRTAC xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycan millisi 2 yaş kateqoriyasında mübarizə aparacaq. U-19-lar arasında rinqə Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Səftər Məmmədzadə (+90 kq) və Gülər Hüseynova (51 kq) çıxacaqlar. U-17-lərin yarışında isə Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq), Fatimə Məmmədli (50 kq), Cəmilə Muradlı (57 kq), Səma Abbasova (66 kq) və Xumar Cəfərli (80 kq) qüvvələrini sınayacaqlar.
Oğlan boksçuları beynəlxalq turnirdə baş məşqçi Elbrus Rzayevin, qızlar baş məşqçi İlkin Ağayevin rəhbərliyi yollanıb.
Qeyd edək ki, bu gün Sarayevoya yollanan komanda iyunun 21-də Bakıya qayıdacaq. Milliyə rəhbərliyi Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [22:55]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:41]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]