Nazir: İslam İnkişaf Bankı Azərbaycanın iqtisadi inkişafına mühüm töhfələr verib
Bakı, 17 iyun, AZƏRTAC
İslam İnkişaf Bankı (İİB) Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən ölkənin yanında olub və iqtisadi inkişaf prosesinə mühüm töhfələr verib.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən dialoq sessiyasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan–İİB tərəfdaşlığının keyfiyyəti və perspektivləri Prezident İlham Əliyevin bu əməkdaşlığa verdiyi strateji yanaşma ilə sıx bağlıdır.
“Bu tərəfdaşlıq Azərbaycanın dinamik inkişafında və transformasiyasında əhəmiyyətli rol oynayıb. Azərbaycan və İİB arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Xüsusilə özəl sektorun inkişafı istiqamətində birgə fəaliyyətlərin genişləndirilməsi nəzərdə tutulur”, – deyə nazir bildirib.
Foto - Orxan Kərimov