Media: ABŞ-İran sazişi 300 milyard dollarlıq özəl fond yaradılmasını nəzərdə tutur
Bakı, 17 iyun, AZƏRTAC
ABŞ-İran çərçivə sazişi 300 milyard dollarlıq özəl investisiya fondunun yaradılmasını nəzərdə tutur və bu məbləğin yarıdan çoxu artıq investor öhdəlikləri ilə təmin edilib.
AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, fond tərəflər arasında yekun sazişin imzalanması üçün iqtisadi stimul məqsədi daşıyır. Maliyyə mexanizminə dövlət maliyyələşdirməsi və ya qrantlar daxil deyil. Vəsaitlər özəl sektor tərəfindən təmin ediləcək. İnvestorlar arasında ABŞ, körfəz ölkələri, Asiya, Cənubi Amerika və Afrikadan olan şirkətlər var.
Agentliyin mənbələri bildiriblər ki, fond yalnız yekun sazişin imzalanmasından sonra fəaliyyətə başlayacaq. Anlaşma memorandumunun növbəti 60 gün üçün çərçivəni müəyyən etməsi gözlənilir. Həmin müddət ərzində fondun administratorları layihələri planlaşdırmaq üçün İran tərəfi və investorlarla işləyəcəklər. Söhbət enerji, logistika, istehsal və nəqliyyat sahələrinə investisiyalardan gedir.
“Reuters” agentliyinin məlumatına əsasən, Tehran əvvəlcə müharibənin vurduğu zərərə görə Vaşinqtondan 400 milyard dollar təzminat tələb edib. Lakin ABŞ tərəfi bununla razılaşmayıb. Nəticədə İran infrastrukturunun bərpasında region ölkələrinin kredit xətləri və ya birbaşa maliyyələşdirmə vasitəsilə iştirak edə biləcəyi mexanizm barədə razılıq əldə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [22:22]
Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır
- 19.09.2026 [22:09]
Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH
- 19.09.2026 [21:53]