Kitabxana İçərişəhərə virtual səyahətə dəvət edir
Bakı, 18 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli filialı Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı "Vətənimizə virtual səyahət" layihəsi çərçivəsində hazırladığı növbəti videoçarxında İçərişəhərdə yerləşən tarix-memarlıq abidələri haqqında məlumat verir.
İdarədən AZƏRTAC-a bildirilib ki, virtual səyahət zamanı izləyicilərə İçərişəhərdə yerləşən qədim memarlıq abidələri - Qız qalası və Şirvanşahlar Saray Kompleksinin Azərbaycan memarlığının inciləri hesab edilməsi barədə məlumat çatdırılıb. Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri - məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir. 1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan olunub, 2000-ci ildə Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birlikdə UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]