Kitabxana Ulu Öndərin sitatlarından ibarət elektron toplunu istifadəçilərin ixtiyarına verib
Bakı, 5 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onun mədəniyyət, incəsənət, ədəbiyyat və s. sahəsinə aid sitatlarından ibarət “Aforizmə çevrilmiş sitatlar” adlı elektron toplu hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, topluda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1969-2003-cü illərdə mədəniyyət və incəsənət haqqında söylədiyi sitatları, müdrik kəlamları, aforizmə çevrilmiş sözləri cəmləşdirilib. Elektron toplu mədəniyyətə aid müxtəlif mövzuları əhatə edən iyirmi bir bölmədən ibarətdir. Bunların arasında mədəniyyət və incəsənət, yaradıcı ziyalılar, mədəniyyət xadimləri, görkəmli şəxsiyyətlər, şair və yazıçılar, tarix, tarixi abidələr, memarlıq abidələri, muzeylər, ədəbiyyat, teatr, kino, milli musiqi, musiqi mədəniyyəti, təsviri sənət və rəssamlıq haqqında bölmələr var.
Toplunun pdf variantı ilə M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasında tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:40]
“GastroFest 2026” festivalı yekunlaşıb
- 10.10.2026 [11:55]
Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb
- 09.10.2026 [23:00]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [22:17]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [19:21]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [17:55]