Kitabxanada anma gecəsi keçirilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilən “Xocalını unutmadıq!” mövzusunda anma gecəsi keçirilmişdir.
Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi Fizurə Quliyeva Xocalı faciəsinin tarixi, soyqırımın beynəlxalq aləm tərəfindən tanınması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlər haqqında geniş məlumat vermişdir.
Sonra əslən Xocalıdan olan, Azərbaycan radiosunun uşaq verilişləri şöbəsinin müdiri, şair və yazıçı Ələmdar Quluzadə Xocalı soyqırımından danışmış, onu Xatın, Xirosima hadisələri ilə müqayisə etmiş, şagirdlərə “Salam, Xocalı dərdi”, “614-cü şəhid “ və başqa şeirlərini oxumuşdur.
Kitabxananın oxu zalında kitablardan və uşaqların çəkdikləri rəsmlərdən ibarət “Qan yaddaşımız, Xocalı!” mövzusunda sərgi nümayiş etdirilmişdir.
Tədbirdə Nərimanov rayonunda yerləşən 212 nömrəli orta məktəbin şagirdləri iştirak etmişlər.
Sonda Xocalı faciəsinin dəhşətlərini əks etdirən slaydlar nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]