Kitabxanada Nəsiminin 650 illik yubileyi qeyd edilib
Bakı, 29 yanvar, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzi Kitabxana Sisteminin mərkəzi kitabxanasında görkəmli şair və filosof İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi” filmi nümayiş olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edənlər hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü olan şairin zəngin yaradıcılığından söhbət açıblar.
Tədbirdə, həmçinin yazıçı İsa Hüseynovun “Məhşər” romanı əsasında çəkilən ekran əsəri barədə də məlumat verilib.
Sonra film təqdim edilib.