KİV: Əfqanıstan prezidenti Vaşinqtona səfərini təxirə salıb
Bakı, 6 sentyabr, AZƏRTAC
Əfqanıstan Prezidenti Əşrəf Qani Vaşinqtona planlaşdırılan səfərini təxirə salıb.
AZƏRTAC TOLO News informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumat Əfqanıstan liderinə yaxın mənbələrdən daxil olub. Səfərin təxirə salınmasının səbəbi açıqlanmır.
Bir qədər əvvəl KİV-lər Əşrəf Qaninin sentyabrın 7-də nümayəndə heyətinin müşayiəti ilə ABŞ-a uçacağı və Prezident Donald Trampla görüşəcəyi barədə xəbər yaymışdılar.
Bu ərəfədə Əfqanıstan lideri münaqişənin nizamlanmasına dair “Taliban” və ABŞ arasında sülh sazişi layihəsini tənqid edib. Bildirib ki, “hələ də günahsız insanları öldürməklə məşğul olan qruplaşma ilə sülh axtarmaq mənasızdır”.
Sentyabrın 2-də ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad Prezident Əşrəf Qani ilə görüşüb və ona taliblərlə Vaşinqton administrasiyası arasında əldə olunan sülh sazişi layihəsini təqdim edib. Razılaşmaya əsasən, Amerika qoşunları 135 gün ərzində Əfqanıstanda yerləşən beş hərbi bazanı tərk etməlidir. O, həmçinin ABŞ və Əfqanıstan prezidentləri tərəfindən imzalanmayana qədər əldə edilən razılaşmanın yekun saziş olmadığını da vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]