İDMAN
KİV-lər: “Liverpul”un futbolçusu Uilson “Bornmut” komandasına keçə bilər
![KİV-lər: “Liverpul”un futbolçusu Uilson “Bornmut” komandasına keçə bilər](/files/2019/2/1200x630/156457584549646641_1200x630.jpg)
Bakı, 31 iyul, AZƏRTAC
İngiltərənin “Liverpul” futbol klubunun uelsli yarımmüdafiəçisi Qarri Uilson “Bornmut” komandasının maraq dairəsinə tuş gəlib. “Qazeta.ru” saytı “The Sun” nəşrinə istinadla bu barədə bildirir.
AZƏRTAC xəbər verir ki, nəşrin məlumatında “Bornmut”un baş məşqçisi Eddi Hayın 22 yaşlı Uilsonun komandanın heyətinə qatılmasında maraqlı olduğu və bununla əlaqədar komanda rəhbərliyini 27 milyon avro həcmində təklif hazırlamağa inandırdığı bildirilir. Qeyd olunur ki, futbolçunun transferinin əsas səbəbi yarımmüdafiəçilər Devid Bruks və Rayan Freyzer üçün rəqabətin yaradılması zərurətindən irəli gəlib. Bildirilir ki, Hou Uilsonu “Bornmut”un tərzinə tez uyğunlaşacaq oyunçu hesab edir.
“Bornmut” yay transfer pəncərəsində “Haddersfild” klubunun yarımmüdafiəçisi Filip Billinqi 25 milyon avro müqabilində əldə edib.
“Liverpul”un yetirməsi olan Uilson əsas komanda uğrunda 2015-ci ildə debüt edib. Ötən mövsüm Uilson kirayə hüququ əsasında “Derbi” uğrunda çıxış edib. O, müxtəlif turnirlərdə 49 oyun keçirib, 19 qolun və 6 məhsuldar ötürmənin müəllifidir.