Kiyev dronlar və raketlərlə vurulub - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO
Kiyev, 10 iyul, AZƏRTAC
İyulun 10-na keçən gecə Ukraynanın paytaxtı Kiyev şəhəri dronlar və ballistik, qanadlı raketlərlə vurulub.
AZƏRTAC-ın xüsusi müxbiri Kiyevin Şevçenko rayonu ərazisində hava hücumu nəticəsində dağılan ərazidə olub, hadisə yerindən reportaj hazırlayıb.
Qeyd edək ki, Rusiya ordusu Ukrayna ərazisinə 400-ə yaxın dron, 18 ballistik və müxtəlif tipli raketlər atıb. Əsas hədəf paytaxt Kiyev şəhəri olub. Hava hücumu zamanı Kiyevdə azı 2 mülki şəxs həlak olub, 20-dən çox insan xəsarət alıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev