KİYEVİN MERİ ƏMƏK HAQQINDAN İMTİNA ETMİŞDİR
O demişdir: “İyunun 1-dən, kiyevlilərə ayda heç olmasa bir min mənzil verməyə başlayana qədər, qoy mənim əmək haqqım ayda 1 qrivna (20 ABŞ senti) olsun”. Merin sözlərinə görə, “nə qədər ki Kiyevdə dəhşətli problemlər mövcuddur, ona əmək haqqı lazım deyildir”.
Çernovetski vurğulamışdır ki, onun gəlirləri merin əmək haqqı olmadan da yaşamağa imkan verir. Məsələn, o, bir çox illər əvvəl yaratdığı müəssisələrin səhmlərindən mənfəət götürür. Buna görə də o, “özünü yoxsul saymır”.
O bildirmişdir ki, Kiyev merinin aylıq əmək haqqı 24 min qrivna, yəni təxminən 4750 dollardır.
Bundan əlavə, iclasda mer kommunal müəssisələrin rərbərlərinə, öz müavinlərinə və rayon icra hakimiyyəti başçılarına tapşırmışdır ki, bir həftə ərzində kiyevlilərə öz gəlirləri barədə məlumat versin və buraya xanımları haqqında hesabatlar da daxil etsinlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]