KOBİA sədri: Birgə müəssisələrin yaradılması Azərbaycan və Tacikistan üçün faydalıdır
Bakı, 22 may, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə böyük tikinti və bərpa işləri həyata keçirilir. Azərbaycanın bu regionunun böyük iqtisadi potensialı var və biz Tacikistan iş adamlarını Qarabağa sərmayə yatırmağa dəvət edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes forumunda deyib.
“Birgə işgüzar mərkəzin yaradılması ilə yanaşı birgə istehsal və sənaye müəssisələrinin yaradılması tərəflər üçün iqtisadi səmərə verər və dövlətlərimizin arasındakı ticarət dövriyyəsini artırar. Qarabağın böyük turizm potensialı var. Regionda kənd təsərrüfatı, sənaye sahələrinə invensisiya yatırılması üçün imkanlar genişdir. Orta Dəhliz qitələri birləşdirməklə yanaşı, ölkələrimiz arasında da ticarət əlaqələrinə əlavə stimil verir. Bundan istifadə edib qarşılıqlı, faydalı əlaqələri artıra bilərik”, - deyə O. Məmmədov vurğulayıb.