KOFİ ANNAN ƏRƏB DÖVLƏTLƏRİ CƏMİYYƏTİNİN ZİRVƏ GÖRÜŞÜNDƏ İŞTİRAK EDƏCƏK
BMT-nin baş katibi Kofi Annan Ərəb Dövlətləri Cəmiyyətinin martın 27-28-nə nəzərdə tutulmuş zirvə görüşündə iştirak etmək üçün Livana gəlmişdir.
Beynəlxalq birliyin inzibati başçısının rəsmi nümayəndəsi Fred Ekhard bildirmişdir ki, BMT-nin baş katibi forumun iştirakçıları qarşısında çıxış edəcək, habelə bir sıra ikitərəfli danışıqlar aparacaqdır. O, Kofi Annanın Fələstin Milli Muxtariyyətinin başçısı Yasir Ərəfatla görüşüb-görüşməyəcəyi barədə suala cavabında demişdir ki, “əgər Fələstin lideri Beyruta gəlsə, görüş mütləq baş tutacaqdır”.
İTAR-TASS-ın verdiyi xəbərə görə, Kofi Annanın Livan paytaxtına səfərinin proqramında onun Yaxın Şərqdəki xüsusi nümayəndəsi Terye Red-Larsenlə, BMT baş katibinin Cənubi Livandakı nümayəndəsi Stefan de Mistura, BMT-nin bu ölkədəki nümayəndəliyinin əməkdaşları ilə görüşləri də nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [22:46]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:37]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]