Komitə rəsmisi: Qloballaşma dövründə ailə institutunun möhkəmləndirilməsi istiqamətində vacib addımlar atılmalıdır
Bakı, 23 may, AZƏRTAC
Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva İstanbul şəhərində keçirilən Beynəlxalq Ailə Forumu çərçivəsində baş tutan “Qlobal dəyişikliklərin ailələrə, fərdlərə və cəmiyyətə təsirləri” adlı yüksəksəviyyəli paneldə çıxış edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, qlobal dəyişikliklərin ailənin sosial-mədəni, iqtisadi və reproduktiv funksiyalarına təsirləri barədə çıxış edən C.Rəhmətullayeva buna səbəb olan demoqrafik dəyişikliklər, iqlim dəyişiklikləri və urbanizasiyanın təsirlərindən danışıb. O, bu təsirləri araşdıran milli və beynəlxalq tədqiqatların nəticələri barədə məlumatları bölüşüb. Aparat rəhbəri qloballaşma dövründə ailə institutunun möhkəmləndirilməsi istiqamətində vacib addımların atılmasının önəmini qeyd edib.
Komitə rəsmisi çıxışının sonunda ailə ənənələrinin qorunub saxlanması, gələcək nəsillər arasında sağlam münasibətlərin formalaşdırılması və ənənəvi ailə dəyərlərinin qorunması üçün birgə səylərin vacibliyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:58]
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
- 09.06.2026 [16:04]
Astanadakı xatirə lövhəsi Qazaxıstan-Azərbaycan dostluğunu xatırladır VİDEO
- 09.06.2026 [15:56]
Təcili tibbi yardım əməkdaşları üçün praktiki təlim təşkil olunub
- 09.06.2026 [15:48]