Komitə sədri: İşğal dövründə Qarabağda dini məbədlərimizin tarixinin saxtalaşdırılmasına cəhdlər edilib
Şuşa, 23 sentyabr, Elçin Hüseynov, AZƏRTAC
Media nümayəndələri ilə dini mövzuda seminarın işğaldan azad olunmuş ərazilərimizdə təşkil olunması təsadüfi deyil. Bu, bizim düşünülmüş seçimimizdir. Bu torpaqlarda Azərbaycan xalqına məxsus yüzlərlə dini və tarixi abidə məhv edilib. Məscidlərimiz təhqir olunub, dini məbədlərimizin tarixinin saxtalaşdırılmasına cəhdlər edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 23-də Şuşada keçirilən “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminarın açılış mərasimində söyləyib.
“Bu gün dövlətimiz tərəfindən dini və mədəniyyət abidələrimiz bərpa olunur. Heydər Əliyev Fondunun həyata keçirdiyi bərpa-quruculuq işləri bizim öz tariximizə, milli-mənəvi dəyərlərimizə münasibətimizin ən gözəl ifadəsidir”, - deyə komitə sədri vurğulayıb.
Xatırladaq ki, ikigünlük seminar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [22:04]
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb
- 12.10.2026 [20:22]
Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır
- 12.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 12.10.2026 [19:03]
ETSN-in əməkdaşları qan veriblər
- 12.10.2026 [18:50]
Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb
- 12.10.2026 [18:33]
Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq
- 12.10.2026 [18:14]