KOMPRESSOR STANSİYASI YENİDƏN QURULUR
“Nərimanovneft” Neft və Qazçıxarma İdarəsinin 3 nömrəli stansiyasında yenidənqurma işləri başa çatmaq üzrədir. Yaxın günlərdə stansiya istifadəyə veriləcəkdir.
İdarədən AZƏRTAC-ın müxbirinə bidirmişlər ki, qazın nəqlini yaxşılaşdırmaq və bu prosesi sürətləndirmək məqsədi ilə stansiyada yeni tipli 5 ədəd kompressor qurğusu quraşdırılmışdır. Bu qurğular Azərbaycan Qaz Emalı Zavoduna vurulan aşağı təzyiqli qazı 15-20 atmosferə qədər sıxıb ötürməyə imkan verəcəkdir.