Yanvar-aprel aylarında Qazaxıstanın Azərbaycanla ticarət dövriyyəsi 121,9 milyon dollar təşkil edib
Astana, 17 iyun, AZƏRTAC
Qazaxıstanın Azərbaycanla xarici ticarətinin həcmi 2026-cı ilin yanvar-aprel aylarında 121,9 milyon dollar təşkil edib.
AZƏRTAC Qazaxıstanın Milli Statistika bürosuna istinadla xəbər verir ki, Azərbaycana ixracın həcmi 101,9 milyon dollara, Azərbaycandan Qazaxıstana mal idxalının həcmi isə 20 milyon dollara çatıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana