Kompüter şəbəkələrinin intellektual proaktiv monitorinqi məsələləri araşdırılır
Bakı, 25 may, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında “Kompüter şəbəkələrinin intellektual proaktiv monitorinqi metodu” mövzusunda müzakirələr aparılıb.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, məruzəni təqdim edən institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev kompüter şəbəkələrində baş verə biləcək problemlərin vaxtında aşkar edilməsi üçün intellektual proaktiv monitorinqin həyata keçirilməsinin vacib olduğunu deyib.
R.Şıxəliyev ənənəvi şəbəkə monitorinq sistemləri və onların kompüter şəbəkələrinin monitorinqində istifadəsindən, bu sistemlərin nöqsanları haqqında məlumat verib və onların aradan qaldırılması üçün maşın təlimi metodlarından istifadə etməklə proaktiv monitorinq metodlarının işlənilməsinin zəruri olduğunu bildirib.
Sonra R.Şıxəliyev kompüter şəbəkələrinin proaktiv monitorinqi üçün dərin neyron şəbəkələrindən biri olan LSTM (Long Short-Term Memory) alqoritmlərindən ibarət ansambldan istifadə edilməsinə əsaslanan metod təklif edildiyini söyləyib. Təklif olunan metodun kompüter şəbəkələrinin problemlərinin proqnozlaşdırılmasında nisbətən yüksək dəqiqlik əldə etməyə imkan verəcəyini və proaktiv monitorinq sisteminin kifayət qədər səmərəliliyini təmin edəcəyini vurğulayıb.
Sonda məruzə ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]