Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Komsomolskaya Pravda” qəzetində Azərbaycanın işğaldan azad edilmiş torpaqları haqqında material dərc edilib

“Komsomolskaya Pravda” qəzetində Azərbaycanın işğaldan azad edilmiş torpaqları haqqında material dərc edilib

Bakı, 13 iyul, AZƏRTAC

“Komsomolskaya Pravda” qəzetinin müxbiri Valentin Alfimov Azərbaycanın işğaldan azad edilmiş torpaqları haqqında reportaj hazırlayıb.

AZƏRTAC xəbər verir ki, rusiyalı jurnalist yazır: “Bakı aeroportunda ilk növbədə “Qarabağ Azərbaycandır” sözləri yazılmış banner diqqətimi cəlb etdi. Aeroportdan çıxanda, şəhərə gedən yolboyu avtobus dayancaqlarında və paytaxtın mərkəzində iki binadan birinin və beş maşından birinin üzərində də eyni sözləri gördüm. Azərbaycanlılar özləri Qarabağ müharibəsini Vətən müharibəsi adlandırırlar. Azərbaycan Prezidenti Administrasiyasının əməkdaşı Fuad Axundov bu faktı belə izah etdi:

-Böyük Vətən müharibəsində almanlar Sovet İttifaqı ərazisinin 9 faizini, bizdə isə ermənilər Azərbaycan ərazisinin 20 faizini tutmuşdu. Biz bu müharibəni başqa cür adlandıra bilərikmi”?

Məqalə müəllifi daha sonra yazır: “Mən Qarabağa cənub tərəfdən daxil oldum. Birinci məntəqə Füzuli şəhəri idi. Yerli sakinlər bu ərazini “Aran Qarabağ” adlandırırlar. Doğrudan da burada tarlaların ucu-bucağı görünmür.

Hər iki kilometrdən bir tank əleyhinə böyük xəndək, xəndəyin o tayında bir-birinin ardınca 6 və ya 7 cərgə torpaq səngər, daha sonra minalanmış sahələr gəlir. Yollar boyunca yerləşdirilmiş xəbərdarlıq lövhələrində əyani şəkildə göstərilir ki, şose yolundan bircə santimetr belə kənara çıxmaq olmaz - hər tərəf minalanıb. Hətta maşınların döndərilməsi üçün xüsusi “ciblər” düzəldilib. Allah eləməsin ki, yolun əsas hissəsində belə zərurət yaransın.

Ümumiyyətlə, Qarabağın işğaldan azad edilmiş əraziləri “yandırılmış torpaq” yox, “atılmış torpaq” vəziyyətindədir. Onlarca kənd, yüzlərlə ev xarabalığa çevrilib. Özü də buna səbəb minalar və mərmilər deyil.

Sadəcə, 30 ilə yaxın müddətdə burada heç kəs yaşamayıb. Bu torpaqlar Qarabağ ilə Azərbaycan arasında təhlükəsizlik zonaları olub. Minlərlə hektar torpaq sahibsiz qalıb. Mülki əhali yalnız Şuşa, Kəlbəcər və Hadrut şəhərlərində yaşayırdı, qalan yerlərdə isə hərbçilərdən başqa heç kəs olmayıb...

Bu yerlərdə hətta adi yol göstəricisi də insana güclü təsir bağışlayır. Yolun kənarında bir kəndin adı yazılmış lövhə və sola doğru ox işarəsi var. Amma orada kənd yoxdur. Hətta yol da yoxdur. Yalnız ot və yanmış tank görünür. Yol boyunca bu yaxınlarda başa çatmış müharibənin izləri görünür”.

“Komsomolskaya Pravda” qəzetinin Kəlbəcərdə olmuş jurnalisti yazır: “İndi bu şəhər fəlakət baş vermiş apokalipsis haqqında film çəkmək üçün çox münasibdir. Vaxtı ilə Qafqazın mənzərəli bu guşəsində yerləşən gözəl şəhər indi bu vəziyyətdədir. Azərbaycan Ordusunun vuruşa-vuruşa irəliləyərək Gəncə tərəfdə yerləşən aşırımı nəzarətə götürməsi məlum olan kimi, yerli ermənilər buranı tərk ediblər. Onlar ev heyvanlarını özləri ilə götürüb, sonra isə bütün evləri, hətta talvarları da yandırıblar. Bağları da qırıblar. Bu gün şəhərdə cəmi iki binada - polis bölməsinin və hərbi hospitalın binasında dam örtüyü qalıb.

Azərbaycan Ordusunun özünə qaytardığı şəhərlərdən biri də Hadrutdur. İndi burada dağıdılmış evləri bərpa etmək üçün inşaat materialları daşıyan yük maşınlarının keçdiyi yollar qalın toz təbəqəsi ilə örtülüb.

Şuşada isə “Əsrin tikintisi” aparılır. Şuşa Azərbaycanın mədəni paytaxtı elan edilib. Şəhərin girəcəyində sülhməramlıların blok-postu qarşısında yük maşınları təqribən 2 kilometr uzunluğunda növbəyə düzülüb. Bu maşınların dövlət nömrələri əsasən Azərbaycan nömrələridir, lakin Türkiyə və İran nömrələri də gözə dəyir (buradan İran sərhədinə qədər məsafə 200 kilometrə yaxındır).

Ümumiyyətlə, Qarabağda möhtəşəm tikinti işləri aparılır. Azərbaycan hökumətinin planlarına görə, burada iki aeroport və 6 zolaqlı avtoban tikiləcək. Ərazilər hələ minalardan tam təmizlənməyib, ona görə də burada təqribən 5 il gərgin iş aparılandan sonra rahat gəzmək mümkün olacaq. İndi isə şose yolu salınması üçün traktorlar və buldozerlər vasitəsilə torpaq işləri aparılır.

İki il ərzində regionun tam bərpa olunacağı və sakinlərin oraya qaytarılacağı vəd edilir. 1990-cı illərin əvvəlində ailələri bu yerləri tərk etmiş 1 milyona yaxın insan oraya qayıtmağa hazır olduqlarını bildirib. Bundan əlavə, daha yarım milyon azərbaycanlı dağlar qoynunda salınacaq yeni “ağıllı kəndlərə” köçməyə hazırdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib