KONSERV ZAVODU İNŞA EDİLİR
Müəssisəyə texnoloji avadanlıq, əsasən, Rusiya Federasiyasından gətirilmişdir. Müasir texnologiyanın tətbiqi istehsal ediləcək məhsulları xarici bazarlara da çıxarmağa imkan verəcəkdir.
Zavodda meyvə şirələri, cem, tomat pastası, habelə süd məhsulları istehsal olunacaqdır. Artıq, şirə istehsalı xətti istismara tam hazırdır.
Sahibkar Varis Nəzərov müxbirimizə bildirmişdir ki, təkcə bu mövsümdə kənd əməkçilərindən 1500 ton meyvə qəbul etmək nəzərdə tutulur. Konserv zavodu gələn ilin payızında tam gücü ilə işləyəcəkdir.
Yeni emal müəssisəsində 100 nəfər işlə təmin ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]