Azərbaycan Dövlət İnformasiya Agentliyi

Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını elan edib YENİLƏNİB VİDEO

Bakı, 13 fevral, AZƏRTAC

Fevralın 13-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclas növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmən elan olunmasına həsr edilib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq bildirib ki, xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclasında 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) 2024-cü il 11 fevral tarixli protokolunun təsdiq və rəsmən elan edilməsinə dair konstitusiya işinə baxılacaq.

Məhkəmə iclasının katibi deyib ki, iclasda xüsusi konstitusiya icraatı üzrə maraqlı subyekt qismində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, sədr müavini Rövzət Qasımov, katibləri Arifə Muxtarova və Mikayıl Rəhimov, komissiyanın digər üzvləri, habelə ekspert qismində Dövlət Statistika Komitəsinin ümumi şöbəsinin müdiri Sevda Süleymanova və Aparatın statistika şöbəsinin sektor müdiri Fərid Əhmədov, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov, İnsan hüquqları və informasiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru Etibar Əliyev iştirak ediblər.

Sonra Fərhad Abdullayev məhkəmənin tərkibini elan edib.

“Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında” Qanunun 43-cü maddəsinə əsasən maraqlı subyektlərin qanuni nümayəndələrinin hüquq və vəzifələrini izah edən Konstitusiya Məhkəməsinin sədri bildirib ki, onlar bu Qanuna əsasən, iclasda çıxış edə, sübutları təqdim edə, ekspertlərə suallar verə və sualları cavablandıra bilərlər.

Məruzəçi kimi çıxış edən hakim Sona Salmanova bildirib ki, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 40.3.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmən elan edilməsi ilə əlaqədar işlərə xüsusi konstitusiya icraatı qaydasında baxılır. 2016-cı il 26 sentyabr tarixli ümumxalq səsverməsi - referendumla Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin 1-ci hissəsinə edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.

Diqqətə çatdırılıb ki, Seçki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən MSK səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinə təqdim edir. Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının protokollarındakı bütün məlumatları ümumiləşdirərək fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri barədə 2024-cü il 11 fevral tarixli protokol tərtib edib. Səsvermənin nəticələri haqqında MSK-nın protokolu, qərar və ona əlavə olunmuş sənədlər səsvermənin nəticələrinin təsdiq və rəsmən elan edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunub. “Konstitusiya Məhkəməsi haqqında” qanunun 56.3-cü maddəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsinin Plenumu seçkilərin yekunlarına dair MSK-nın sənədlərinin Seçki Məcəlləsinin tələblərinə uyğun olduğunu müəyyən etdikdə seçkilərin nəticələrinin təsdiq olunması barədə qərar qəbul edir.

Daha sonra məruzəçi hakim Kamran Şəfiyev çıxış edərək diqqətə çatdırıb ki, seçkilərin nəticələri ilə bağlı MSK tərəfindən təqdim olunmuş protokolun Seçki Məcəlləsinin tələblərinə uyğun olub-olmamasının öyrənilməsi məqsədilə Dövlət Statistika Komitəsinin və Bakı Dövlət Universitetinin əməkdaşları iş üzrə ekspert qismində cəlb olunub. Bundan başqa, “Konstitusiya Məhkəməsi haqqında” qanunun 56-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Apellyasiya məhkəmələrindən, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsindən, Azərbaycan Respublikasının Ali Məhkəməsindən və Azərbaycan Respublikasının Prokurorluğundan seçki hüquqlarının müdafiəsi ilə bağlı baxılmış ərizələr əsasında məlumatlar tələb etmişdir. Konstitusiya Məhkəməsinə daxil olmuş məlumatlardan göründüyü kimi, seçki hüquqlarının müdafiəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsində 8, Sumqayıt Apellyasiya Məhkəməsində isə 1 ərizəyə baxılıb. Həmin ərizələr əsassız olduğuna görə təmin edilməyib. Ali Məhkəmədən daxil olmuş məlumatlara əsasən, verilmiş üç kassasiya şikayəti təmin edilmədən saxlanılıb. Gəncə, Şirvan, Şəki Apellyasiya məhkəmələri və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi seçki hüquqlarının müdafiəsi ilə bağlı hər hansı ərizənin daxil olmadığını bildiriblər. Azərbaycan Respublikası Prokurorluğunun məlumatına əsasən, seçki hüquqlarının pozulması ilə əlaqədar bir şikayət üzrə aparılmış araşdırma zamanı həmin şikayətdə irəli sürülmüş dəlillərin öz təsdiqini tapmadığı müəyyən edilib.

Məruzəçi hakim bildirib ki, Seçki Məcəlləsinin 28.2-ci maddəsinə uyğun olaraq, MSK-nın qərarları açıq səsvermə yolu ilə komissiyanın iclasında üzvlərinin 18-nin iştirak etdiyi halda və azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir. Seçki Məcəlləsinin 100.12-ci maddəsində nəzərdə tutulub ki, protokollar komissiyanın həlledici səs hüquqlu üzvünün ümumi sayının ən azı üçdə ikisi tərəfindən imzalanmalıdır. MSK-nın təqdim etdiyi protokoldan da göründüyü kimi, bu protokol komissiyanın 18 üzvündən 18-i tərəfindən imzalanıb.

Konstitusiyanın 101-ci maddəsinin II hissəsinə və Seçki Məcəlləsinin 203.4-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir. MSK-nın protokolundan göründüyü kimi, etibarlı hesab edilmiş seçici səslərindən 4 milyon 567 min 458-i və ya 92,12 faizi Əliyev İlham Heydər oğlunun lehinə verilib.

Sonra maraqlı subyektin qanuni nümayəndəsi, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxış edib. MSK sədri deyib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam imzalandıqdan sonra MSK seçkilərin hazırlanıb keçirilməsinə məsul ali orqan kimi öz işinə başlamışdı. Seçkilər elan edildikdən sonra namizəd kimi iştirak etmək arzusunda olan 17 subyektdən Mərkəzi Seçki Komissiyasına müraciətlər daxil olub. Bu müraciətlərin 5-i siyasi partiyalar tərəfindən, 12-si isə namizədliyi özü tərəfindən irəli sürülmüş şəxslər tərəfindən idi. MSK bütün tərəflərə ilkin mərhələdə müsbət cavab verib. Komissiyanın iclasında 17 nəfərin namizədliyi təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun lazım olan seçici imzalarının toplanması üçün həmin namizədlər imza vərəqələri ilə təmin edilib. Məcəllənin tələbinə görə, 40 min imza toplamaq tələb olunurdu. Həmin 40 min imza mövcud 125 dairənin 60-dan toplanmalı idi. İmza vərəqələrini və ona əlavə olunmuş sənədləri geri qaytaran 7 iddiaçının hamısının namizədliyi qeydə alınıb. Onlardan 5-nin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb, 2-si isə öz təşəbbüsü ilə seçkilərə qatılıb.

Seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunmasına xüsusi diqqət yetirildiyini deyən Məzahir Pənahov qeyd edib ki, seçkilər keçirildikdən iki gün ərzində protokollar MSK-ya təqdim olunur: “Biz bu sənədlərlə tanış olduqdan sonra hər hansı çatışmazlıqların olub-olmadığını müəyyən edirik. Hər hansı xoşagəlməz hal olduğu zaman araşdırılır. Budəfəki seçkilərdə araşdırmadan sonra 11 məntəqə seçki komissiyasında nöqsanlar olduğu aşkar edilib. MSK-nın qərarı ilə həmin seçki məntəqələrinin məntəqə seçki komissiyaları buraxılıb”.

MSK sədri bildirib ki, prezident seçkiləri ərəfəsində Mərkəzi Seçki Komissiyasına vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olub. Vətəndaşlar xahiş ediblər ki, Mərkəzi Seçki Komissiyası qeydiyyatdan çıxma vəsiqələri almaları və azad edilmiş ərazilərdə səs vermələri üçün onlara şərait yaratsın. Onlara izah olunurdu ki, bu, indiki mərhələdə mümkün olmayan məsələdir.

“Biz Mərkəzi Seçki Komissiyasının ilk iclasında bu seçkiləri Zəfər seçkiləri adlandırmışdıq. İlk günlərdən etibarən işğaldan azad edilmiş ərazilərdə səsvermənin necə təşkil edilməsi ilə bağlı araşdırmalar apardıq. Seçki Məcəlləsinin tələbinə görə, orada son iki ildə həyata keçirilən tikinti, bərpa və quruculuq işlərində iştirak edən şəxslər son 6 ay ərzində həmin ərazidə yaşadıqlarına görə onlar da həmin ərazi üzrə siyahılara daxil edilməli idi. Nəticədə həmin ərazidə təxminən 22 mindən artıq daimi əsaslarla yaşayan seçicini siyahıya aldıq”, - deyə MSK sədri qeyd edib.

Sonra Məzahir Pənahov Konstitusiya Məhkəməsinin hakimlərinin suallarını cavablandırıb.

İclasa ekspert qismində dəvət olunmuş Dövlət Statistika Komitəsinin ümumi şöbəsinin müdiri Sevda Süleymanova bildirib ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının 2024-cü il 11 fevral tarixli protokolu Seçki Məcəlləsinin 100.2-ci, 100.12-ci, 108.2-ci və 203.3-cü maddələri baxımından düzgün tərtib edilib və qanunvericiliyin tələblərinə uyğundur.

Digər ekspert - Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürovun rəyinə əsasən, prezident seçkilərinin nəticələrinə dair MSK-nın protokolu Seçki Məcəlləsinin müvafiq maddələrinin tələblərinə tam cavab verir.

Ekspertlərin rəyləri Konstitusiya işinə əlavə olunub.

Sonra MSK sədri Məzahir Pənahov yekun sözlə çıxış edib. Bildirib ki, Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq bu proseslərdə vəzifələri olan qurumlar öz vəzifələrinin öhdəsindən uğurla gəliblər.

Konstitusiya Məhkəməsi Plenumunun prezident seçkiləri ilə bağlı keçirilən iclasında hakimlər qərarın elan olunması üçün müşavirəyə gediblər.

Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan olunmasına dair qərarı oxuyub.

Qərarda deyilir ki, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 11 fevral tarixli protokolunda əks olunmuş nəticələr təsdiq edilsin.

Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilsin.

Qərar elan olunduğu andan qüvvəyə minir, Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun iclasını bağlı elan edib.

Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını elan edib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib