Könüllülər COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə maarifləndirmə işləri aparırlar
Bakı, 20 iyul, AZƏRTAC
Zərdab Rayon İcra Hakimiyyətinin, rayon gənclər və idman idarəsi əməkdaşlarının və idarədə fəaliyyət göstərən könüllü gənclərin, YAP Zərdab rayon təşkilatının fəallarının iştirakı ilə mobil qrup halında rayon ərazisində COVID-19 pandemiyası ilə mübarizə məqsədilə maarifləndirmə işləri aparılır.
YAP-dan AZƏRTAC-a bildiriblər ki, belə faydalı maarifləndirmə tədbirlərinin gedişində kampaniyaya qoşulan könüllülər rayon ərazisində olan obyektlərdə koronavirusa qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri bir daha sakinlərin diqqətinə çatdırırlar.
Onlar əhalinin sağlamlığının qorunması baxımından tibbi maskalardan istifadə etməyin və sosial məsafənin qorunmasının zəruriliyini xatırladır və qaydalara əməl etməyə çağırırlar.