Koreya Respublikası GUAM-a ciddi maraq göstərir
Kiyev, 2 iyul (AZƏRTAC). Bu gün, iyulun 2-də Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın - GUAM-ın Ukraynanın paytaxtında yerləşən mənzil-qərargahında qurumun baş katibi Valeri Çeşelaşvili ilə Koreya Respublikasının Ukraynaya yenicə təyin olunmuş səfiri Sol Kyon Hunun görüşü olmuşdur. Bu barədə AZƏRTAC-a qurumun Kiyevdəki mənzil-qərargahından məlumat vermişlər.
Görüşdə regionda işlərin ümumi vəziyyəti, GUAM və Koreya Respublikasının qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən turizm, ticarət və investisiya sahələrində gələcək əməkdaşlıq imkanları müzakirə edilmişdir.
Tərəflər yeni proqramlar və əməkdaşlıq layihələri hazırlamaq məqsədi ilə dialoqu davam etdirmək barədə razılığa gəlmişlər.
Zeynal Ağazadə
AZƏRTAC -ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]