Koreya Xalq Demokratik Respublikasının liderinin Rusiya Federasiyasına səfəri başlayıb
Moskva, 24 aprel, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In Rusiyaya gəlib.
AZƏRTAC xəbər verir ki, Şimali Koreya lideri Rusiyaya zirehli qatarla səfər edib. Rusiya sərhədini keçəndən sonra Kim Çen In Primorye diyarının Xasan qəsəbəsində olub, Rusiya-Koreya Dostluq Evini ziyarət edib. Dostluq evi 1986-cı ildə Koreyanın sabiq rəhbəri Kim İr Senin Rusiyaya səfəri ərəfəsində inşa edilib.
Hazırda zirehli qatar Vladivostoka doğru hərəkət edir. Kim Çen Inın aprelin 25-də Rusiya Prezidenti Vladimir Putin ilə Russkiy adasında görüşü gözlənilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]