Körfəz ölkələrində COVID-19-a yoluxanların sayı artır
Qahirə, 19 iyun, AZƏRTAC
Körfəz ölkələrində COVID-19-a yoluxanların sayı artmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, son sutka ərzində ən çox yoluxma Səudiyyə Ərəbistanında qeyd alınıb. Krallığın Səhiyyə Nazirliyinin məlumatına görə, daha 4757 nəfər yeni növ koronavirusa yoluxub, xəstələrin ümumi sayı isə 146 min nəfərə yaxındır. Bundan başqa, 48 pasiyent vəfat edib və COVID-19 qurbanlarının ümumi sayı 1139 nəfərə çatıb.
Son sutka ərzində Birləşmiş Ərəb Əmirliklərində COVID-19-a 393 nəfər yoluxub, xəstələrin ümumi sayı isə 45 minə yaxındır. BƏƏ Səhiyyə Nazirliyi daha 3 pasiyentin vəfat etdiyini, həyatını itirənlərin sayının 300 nəfərə çatdığını bildirib.
Oman Səhiyyə Nazirliyi son sutka ərzində COVID-19-a 852 nəfərin yoluxduğu, 6 pasiyentin isə vəfat etdiyi barədə məlumat yayıb. İndiyədək bu ölkədə 28 min yoluxma, 125 ölüm qeydə alınıb.
Qətər Səhiyyə Nazirliyinin məlumatında isə son sutka ərzində yeni növ koronavirusa 1267 nəfərin yoluxduğu, 4 pasiyentin vəfat etdiyi bildirilib. Bu ölkədə COVID-19-a yoluxanların sayı 85 min nəfərə çatıb, 80 pasiyent isə vəfat edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [10:53]
NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb
- 08.10.2026 [10:32]
“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib
- 08.10.2026 [10:30]
Medef: Fransa dövlət xərclərini azaltmalıdır
- 08.10.2026 [08:06]
CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər
- 08.10.2026 [07:14]
Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar
- 08.10.2026 [05:24]
“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
- 07.10.2026 [21:29]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:27]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [21:16]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [21:05]
Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var
- 07.10.2026 [21:01]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [20:03]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [20:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [19:00]
Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub
- 07.10.2026 [18:56]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [18:41]