Koronavirus infeksiyası səbəbindən UFC-nin daha bir döyüşü ləğv edilib
Bakı, 23 iyul, AZƏRTAC
Mütləq Döyüş Çempionatının (UFC) “Fight Night 173” turniri çərçivəsində avqustun 2-də keçirilməsi planlaşdırılan qadınlar arasında əsas yarış ləğv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə UFC rəhbəri Dana Uayt “Instagram”dakı səhifəsində məlumat verib. Məlumatda bildirilib ki, yarışın iştirakçılarından biri - yüngül çəkidə UFC-nin keçmiş çempionu, meksikalı MMA ustası İrene Aldana koronavirus infeksiyasına yoluxduğu üçün turnir baş tutmayacaq. İ.Aldana amerikalı döyüşçü Helli Holm ilə döyüşməli idi. Döyüşün avqustun 2-nə keçən gecə Las-Veqasda keçirilməsi planlaşdırılırdı.
UFC-də 18 döyüş keçirən 38 yaşlı H.Holm bu qarşılaşmaların 13-də qalib gəlib, 5 dəfə məğlub olub. Otuz iki yaşlı İ.Aldana isə 17 döyüşün 12-də qələbə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]