Azərbaycan Dövlət İnformasiya Agentliyi

Koronavirus pandemiyası və startap ekosistemi

Koronavirus pandemiyası və startap ekosistemi

Bakı, 28 aprel, AZƏRTAC

Qlobal startap iqtisadiyyatı təkcə 2016-2018-ci illərdə 3 trilyon ABŞ dolları məbləğində dəyər yaradıb. Bugün isə qlobal pandemiyanın təsiri ilə həmin dəyər milyardlarla dollar azalır. “Startup Genome” data və araşdırma şirkətinin ən son hesabatında təşkilat pandemiyanın startap ekosisteminə ilkin fəsadlarını müəyyən etməyə çalışıb. COVID-19 pandemiyasının ilk olaraq Çində yarandığını nəzərə alsaq, bu sahə üzrə ən böyük təsir də özünü məhz bu ölkədə göstərib. 2019-cu ilin dekabr ayından cari ilin fevral ayına qədər Çində vençur investisiya kəskin şəkildə geriləyərək dünyanın digər ölkələri ilə müqayisədə 50 faizdən çox azalmaya məruz qalıb. Dünyada azalma tendensiyası davam etsə, təkcə bu il startap ekosistemində təxminən 28 milyard dollar investisiya qıtlığı yarana bilər. Bundan əlavə “Dealroom” şirkətinin hesabatına baxsaq, cari ilin yanvar ayından Avropanın texnologiya və internet şirkətlərinin birlikdə təxminən 400 milyard dollar vəsait itirdikləri iddia olunur. Startaplar böhrandan daha çox zərərlə çıxsa da mübarizliyini qoruyan startaplara dövlət və özəl təşkilatların dəstəyinin forması haqda müzakirələr aparılır.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “EnterpriseAzerbaijan” portalının meneceri Oruc Dursunzadənin şərhini təqdim edir.

Startapların pandemiya dövründə vəziyyəti

ABŞ-ın “CB Insights” platformasının hazırladığı hesabata görə, qlobal epidemiya fonunda Asiyada özəl şirkətlərin maliyyələşdirilməsi ləngiyəcək. Dünyadakı icmaların, təşkilat və hökumətlərin COVID-19-a qarşı birgə səylərinə baxmayaraq, pandemiyanın startap ekosisteminə təsiri qaçılmaz olub. Hətta “Airbnb” kimi yüksək profilli startaplar belə bu təsirdən kənarda qala bilmədi. 31 milyard dollar dəyərində olan bu ev kirayəsi startapı işə qəbulu dayandırdı və 800 milyon dollarlıq marketinq paketini dondurdu. Bu siyahıya dünya üzrə tətbiq olunmuş karantin tədbirləri və özünü təcrid qaydalarının təsiri nəticəsində külli miqdarda zərərçəkən “Paylaşmaq gözəldir”, “Paylaşmaq sərfəlidir” şüarı ilə fəaliyyət göstərən məhsul və xidmətlər təklif edən demək olar ki, bütün startaplar da daxil olunur. “The New York Times”ın məlumatına görə, yalnız bir neçə həftə ərzində 50-dən çox startap, təxminən 6000 işçisini ixtisar edib və ya qeyri-müəyyən müddətə tətilə göndərib. Bu ərəfələrdə şirkətlərini səhm bazarına çıxarmağı planlaşdıran startaplar da prosesləri dondurdular. ABŞ-da bir çox gənc texnoloji şirkətlər üçün maliyyələşmə vasitələri qurumaqdadır. Startap bumunun son 10 ilində investorların getdikcə daha çox risklərə getdiklərini görürdük. Pandemiya böhranı planları startapların yüksək risklərini ifşa etdi. “Thinknum Alternativ” araşdırma şirkətinin məlumatına görə, təkcə mart ayında ABŞ-da 30 ən dəyərli startapda iş elanı siyahıları 19 faiz və ya hər biri orta hesabla 21 iş yeri azalıb. Startapların fəaliyyətini izləyən “CB Insights” isə vurğulayır ki, 2020-ci ilin ilk üç ayında startapların maliyyələşməsi son 10 il ərzində ikinci ən böyük rüblük eniş tempini yaşayır.

Yüksəlişə aparan eniş

Koronavirus pandemiyası startap ekosistemində müəyyən müsbət məqamlar da yaradacaq. Tarixə nəzər salsaq görərik ki, ən böyük və uğurlu şirkətlər məhz böhrandan sonra üzə çıxır. Hesabatlara əsasən, 50-dən çox texnologiya nəhəngi (techunicorns) 2007-2009-cu illərin böhranı zamanı və yaxud həmin böhrandan sonra təsis olunub. Bundan əlavə, “Fortune 500” siyahısındakı şirkətlərin yarısından çoxu ya böhran, ya da bazar səhmlərinin dəyərini itirdiyi zaman təsis olunub. Hazırkı vəziyyətdə vençur kapital investisiyasındakı azalma və dayanma əslində böhrandan sonra daha çox sayda şirkətin yığılmış daha böyük maliyyəyə çıxış imkanı olacağının göstəricisidir. “The Startup Genome”un hesabatı göstərir ki, 2001, 2008 və 2009-cu illərin böhranlarından sonra vençur kapital dəstəyi ilə təsis olunan şirkətlərin sayı əhəmiyyətli tempdə artmağa başlayıb. Pandemiya müəyyən startapların fəaliyyətinə hətta təkan verib. Məsələn dünyada tibb və teletibb, ərzaq tədarükü, onlayn təhsil, distant iş, oyun, TV xidmətləri, videoqrafiya və sair növ startaplar karantin tədbirlərinə baxmayaraq, inkişaf edib. Eynilə onlayn sifariş və çatdırılma sahəsində fəaliyyət göstərən startaplar yaranan tələbat sayəsində öz işlərini asanlıqla davam etdirirlər. Onların sırasında gəlirlərini artıranlar da var.

Çevik və sosial vəziyyətin fərqində olan startapların göstərdiyi səylərin sırasına kiçik bizneslərə kredit vermək üçün rəqəmsal maliyyə alətlərinin inkişaf etdirilməsi, yeni fintek layihələrin işlənməsi, təcrid vəziyyətində olan insanlar üçün onlayn psixoloji sağlamlıq həllərinin layihələndirilməsi, birbaşa və ya onlayn xidmətlərin təklifi, az resurs tələb edən süni nəfəs aparatlarının istehsalı və sair daxildir. COVID-19 virusunun həcmi ilə mübarizə aparmağa kömək etmək üçün, startaplar da dünya ölkələri ilə birlikdə durmadan innovativ həllər axtarışındadırlar.

Startaplara hansı dəstəklər göstərilir? Dünya və Azərbaycan

Bazar qüvvələri hazırda tam olaraq əvvəlki qaydalarla mütənasib işləmir. İqtisadçıların haqqında danışdıqları "resurların istiqamətləndirilməsindəki yeni bölgü" dinamikası bu anda durğunluğa məruz qalıb. Bütün dünya üzrə son illər startaplara və startap ekosisteminin inkişafına dövlətlər tərəfindən külli miqdarda resurs ayrılır. Bu isə o deməkdir ki, mövcud vəziyyətdə dövlətlər startaplara, mikro sahibkarlara dəstəyin göstərilməsinin vacibliyinin fərqindədirlər. Fransa hökuməti, koronavirusun yayılmasından sonra zərərçəkən startaplar üçün 4 milyard avro dəstək planını işə salacağını bəyan edib. Bu plana startaplar üçün 160 milyon avro dəyərində qısamüddətli yenidən maliyyələşdirmə sxemi, 1,5 milyard avro dəyərində olan bəzi vergi geri qaytarmalarının vaxtından əvvəl ödənilməsi və bu sektorda əvvəlcədən planlaşdırılan 150 milyon avro investisiyanın tez bir zamanda ödənişi daxildir. Almaniya gənc innovativ bizneslərini ayaqda saxlamağa kömək üçün 2 milyard avro maddi yardım vəd edib. Bundan əlavə hökumət, daha böyük startaplar üçün daha uzunmüddətli 10 milyard avro dəyərində fondun ayrılmasını nəzərdən keçirir. Avropanın innovasiya üzrə lider ekosisteminə malik Birləşmiş Krallıq, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan infrastrukturun 2020-2021-ci vergi təqvimi üzrə əmlak vergisindən azad edib, kiçik bizneslərə 10 min funt sterlinq dəyərində qrantlar, İngiltərədə ticarət və xidmət sahələrində fəaliyyət göstərən bizneslərə 25 min funt sterlinq dəyərində nağd yardım, “Koronavirus biznes maneəsi kredit mexanizmi” (Kiçik bizneslər üçün faiz və komissiyaların ilk 12 ayının hökumət tərəfindən ödənilməklə 6 ilə qədər ödəmə şərtləri ilə 5 milyon funt sterlinqə qədər kredit alma imkanları) təqdim etdi. Bunlardan əlavə Birləşmiş Krallıqda özəl sektorun və alternativ maliyyələşmə mənbələrinin yaratdığı imkanlar xüsusi maraq yaradır. İngiltərədə “EnterpriseNation” və ”Crowdfunder”in birgə “Pay It Forward” layihəsi təqdim olundu. Ənənəvi kraudfandinq mexanizminə əsaslanan bu layihəyə qoşularaq müəssisələr pulsuz olaraq kraudfandinq kampaniyası yarada bilər və asanlıqla müştərilərə gələcəkdə geri ala biləcəkləri xidmətlər və ya məhsullara “öncədən ödəmə” çekləri təklif etmək üçün bir sxem qura bilər. ABŞ-da Konqres Kiçik Biznes İdarəsi vasitəsilə milyardlarla dollarlıq yeni kredit zəmanəti, genişlənmiş fövqəladə və fəlakət kreditləri və qrantlar irəli sürüb. Buna baxmayaraq, fərdi vençur kapitallarla dəstəklənən bizneslərin bu dəstəklərə müraciət üçün uyğun olub-olmadığı bir növ sual altındadır. ABŞ startaplar üçün səkkiz həftəyə qədər xərcləri ödəmək üçün kiçik biznes kreditləri üçün 350 milyard dollar vəsait ayırıb. Kriteriyalara uyğun gələn şirkətlər Kiçik Biznes İdarəsinə 10 milyon dollara qədər kredit almaq üçün müraciət edə bilərlər. Biznes cari xərclərini stabil saxladıqda isə, kreditə aldığı vəsaitin əməkhaqlarının verilməsində, kirayə və kommunal xərclərin ödənilməsində istifadə olunan hissəsi qrant kimi də hesab edilə biləcək. Ayrıca 27 milyard dollar, kiçik biznes və qeyri-kommersiya üçün yardım və yardımlara yönəldiləcək. Bu vəsaitlərə yeni fövqəladə yardım proqramı üçün 10 milyard dollar və federal Kiçik Biznes İdarəsi ilə yeni və mövcud kreditlər üzrə bütün ödənişləri ödəmək üçün 17 milyard dollar daxildir. Əlavə olaraq ABŞ Senatında tətbiq olunan Yeni İş Qoruması Qanunu, vençur kapitalının ölkə daxilində paylanmasına stimul verəcək. Bunun faydasını xüsusən ABŞ-da böyük texnoloji mərkəzlərdən kənarda qalan bölgələr görəcək. Çünki “Pitchbook”a əsasən, məhz kənar bölgələr COVID-19 böhranının təsirindən vençur kapitalın azalmasından daha çox əziyyət çəkir.

Dünyanın əksər hissəsinə yayılan COVID-19 pandemiyası Azərbaycandan da yan keçməyib. Xüsusi karantin rejiminin iqtisadiyyata təsiri də qaçılmaz bir amildir və eynilə Azərbaycanda da startaplar, fiziki şəxs kimi fəaliyyət göstərən fərdi və ya hüquqi şəxs kimi fəaliyyət göstərən mikro sahibkarlar da pandemiyadan zərərçəkən siyahısındadır. Azərbaycanda pandemiya böhranı və bundan irəli gələn vəziyyətlə əlaqədar geniş bir dövlət dəstəyi paketi qəbul olundu və artıq tətbiq edilir. Ortamüddətli bu paket həm iri miqyaslı, həm də spesifik ünvanlı olmağı ilə seçilir. Dəstək paketində xüsusi olaraq zərərçəkmiş heç bir kəsin dövlətin diqqətindən kənarda qalmamasına xüsusi diqqət yetirilib. Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb. Pandemiya dövrü üçün Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və dəyərinin 3 milyard manatdan çox olacağı gözlənilən dövlət dəstəyi paketi özündə bir çox sahələri əhatə edir ki, startap və mikro sahibkarlar da bu spesifik sıradadırlar. Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi (mikro) sahibkara maliyyə dəstəyi proqramı təqdim olunub. İş yerlərinin azaldılmaması məqsədilə 20 fəaliyyət sahəsi üzrə 304 min muzdlu işçinin əməkhaqqı da dövlət tərəfindən ödəniləcək. Bundan əlavə pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri tətbiq olunacaq. Həmçinin ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi, zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi və onların mövcud kredit portfeli üzrə kredit-zəmanət dəstəyi proqramları da dövlət dəstəyi paketində öz əksini tapıb. Xidmət sahəsi və fəaliyyət növü pandemiyadan zərərçəkmiş sahələr siyahısına uyğun gələn hər bir startap dövlət dəstəyinə müraciət edə bilər. Hazırda Azərbaycanda demək olar ki, bütün qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və hər bir dövlət qurumu üzərinə düşən məsuliyyətdən əlavə olaraq pandemiya ilə əlaqədar yaranan vəziyyətdə ölkə və cəmiyyət üçün özlərinə məxsus töhfələrini verir. Mədəniyyət Nazirliyi “Evdə qal, evdə yarat” şüarı ilə yaradıcı və mədəniyyət sənayeləri üçün bir neçə müsabiqə həyata keçirir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə "evdeqal.az" saytı yaradılıb. Saytda istifadəçilərə koronavirus şəraitində mövcud çağırış və imkanlar, təhsil, səhiyyə, əyləncə, qida və çatdırılma kateqoriyaları üzrə şirkətlər tərəfindən xidmətlər təqdim olunur. Həmçinin saytda rəqəmsal biznes qurma yolları, hər kəsin evdə oturaraq bu biznesləri idarə edə bilməsi üsulları barədə məlumatlar verilir. Bundan əlavə Azərbaycan Respublikasının Gənclər fondu “Evdə qal, ideyanı reallaşdır!” adı ilə müsabiqə elan edib. Belə ki, xüsusi karantin dövründə sosial təcrid müddətini daha da əyləncəli və faydalı etmək məqsədilə Gənclər Fondu gənclərin sosial şəbəkələrdə layihələri və multimedia məhsullarının hazırlanması ilə bağlı ideyalarının maliyyələşdirilməsinə başlayıb.

Ekosistemə göstərilən dövlət dəstəyindən xaric qeyd etmək lazımdır ki, pandemiya dövrü qlobal hakaton tendensiyasına Azərbaycan da qoşulub. Belə ki “SUP.VC”, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı ilə “Hack COVID-19” (#TekkieHeroes) - Azərbaycanın ilk qlobal virtual hakatonu keçirilib. Hakatonda dünyanın 40-dan çox ölkəsindən 600-dən artıq iştirakçı insanlara COVID-19 pandemiyasının öhdəsindən gəlmək üçün ideya və həll yollarını tapmaq üçün 48 saat ərzində onlayn olaraq birlikdə çalışıblar. Hakatonda Azərbaycandan olan “Javid-19” komandası vauçer yolu ilə kiçik və orta bizneslərə dəstək ideyası ilə ikinci yer tutub. Digər qaliblər sırasından Polşadan olan “Crisis Heroes” (“Böhran Qəhrəmanları”) komandası birinci yeri qazanıb. Onlar pandemiya zamanı insanları və təşkilatları bir-birinə kömək etməsi üçün əlaqələndirən virtual platforma hazırlayıblar. Braziliyadan olan “Zebrafish” komandası isə zebra balığının istifadəsi ilə koronavirus antigenlərinin sürətli testi üçün avadanlıq ilə 3-cü yerin qalibi olublar. Təbii ki, ekosistemin əsas iştirakçıları startaplardır. Amma inkubasiya və aksellerasiya mərkəzləri ekosistemin ayrılmaz hissəsidir. Çünki məhz bu mərkəzlər spesifik olaraq startaplara ünvanlanmış xidmətlər üzrə fəaliyyət göstərirlər və startap ekosisteminin həm aparıcı həm də istiqamətləndirici qüvvəsi olaraq ekosistemdə yer alırlar. Hazırda Azərbaycanda fəaliyyət göstərən bütün mərkəzlər onlayn-distant formada öz fəaliyyətlərini davam etdirirlər. Həmçinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin idarə etdiyi “Enterprise Azerbaijan” pandemiya dövründə öz fəaliyyətini rəqəmsal olaraq davam etdirir. Hazırda “Enterprise Azerbaijan” “Big Idea Challenge” müsabiqəsini elan edib. “Big Idea Challenge”adlı startap və ideya müsabiqəsi, “EnterpriseAzerbaijan” portalı və Nyukals Universitetinin birgə əməkdaşlıq çərçivəsində Britaniya Şurasının (“British Council”) dəstəyilə həyata keçirdiyi “Creative Spark” layihəsinin bir hissəsidir. Onu da nəzərə çatdırmaq istərdim ki, pandemiya ilə əlaqədar olaraq layihələrin son müraciət tarixi aprelin 30-dək uzadılıb. Müsabiqəyə qatılmağa tələsin.

Startaplara tövsiyə

Hazırda bütün dünyada insanlar vaxtlarının əhəmiyyətli hissəsini onlayn keçirirlər. Bu dövrdə evdə qalmaqdan qaynaqlanan sıxıntını yüngülləşdirəcək xidmətlərin və ya məhsulların satılmasında xeyli imkanlar var. Məsələn, onlayn təhsil və kurslar, onlayn konsaltinq, evdən işləməyi asanlaşdıran hər hansı bir məhsul, platforma və ya xidmət təklif edən startaplar hazır bir bazara sahib olmuş olacaq, təbii ki, əgər müştəriləriniz sizi onlayn tapa bilsələr. Yeni və fərqli bazarlar axtarın - indi təklif etdiyiniz məhsulların və ya həll yollarının mövcud situasiyaya adaptasiyasında kreativ olmanın əsl vaxtıdır. Pandemiyadan az zərərçəkmiş digər bazarları araşdırın və biznesinizin həmin bazarlara uyğunlaşdırılması imkanlarını təhlil edin. Bu məsələləri işçilərinizlə, tərəfdaşlarınızla və investorlarla onlayn beyin fırtınaları keçirərək müzakirə edin. Bundan əlavə, pandemiya ilə əlaqədar qlobal keçirilən hakatonlarda mütləq iştirak edin. Bu sizə pul mükafatı, puldan daha vacib isə yeni imkanlar qazandıra bilər. Unutmayın, sərhədlər bağlansa da, qloballaşma onlayn olaraq davam edir.İmkan daxilində evdən fəaliyyətinizi davam etdirin. Şirkət daxili və şirkət xarici görüşmələri, o cümlədən müştərilərlə satış promosiyaların videokonfrans platformalarından istifadə edərək aparın. Planlaşdırma və kommunikasiya üçün də mövcud olan çoxlu sayda proqramlardan biznesinizin evdən idarə olunması istiqamətində faydalanmağa çalışın. Startaplara aylıq idarəetmə sistemindən gündəlik idarəetmə sisteminə keçmək məsləhət görülür. Bu düzgün atılmalı addımları təyin etməkdə sizə kömək edəcək.

Pandemiya sonrası dövrə baxış

Artıq “Qara Qu quşu” adı ilə məşhurlaşmağa başlayan iqtisadi böhranlar və pandemiyalar hökumətlərin, iqtisadiyyatın və bizneslərin trayektoriyasını dəyişir və tarixi yeni dönəmə aparır. COVID-19 virusunun gəlişi ilə artıq istehlakçıların və müəssisələrin davranışlarında dəyişikliklərin ilk əlamətlərini gördük. Bütün dünyada distant və evdən işləmə həm texnologiya, həm də qeyri-texnologiya şirkətləri tərəfindən tətbiq olunur. Qlobal miqyasda təchizat və dəyər zəncirləri pozulub. Bu dəyişikliklərdən bəziləri böhrana birbaşa, qısamüddətli reaksiyalardır və COVID-19 böhranı bitdikdə əvvəlki normal səviyyələrə qayıdacaq. Buna baxmayaraq, paralel olaraq bu dəyişikliklərin bəziləri davam edəcək və gələcək onilliklər ərzində bizneslərin necə formalaşacağını diktə edəcək. COVID-19 qlobal iqtisadiyyat üçün, eləcə də təsir etdiyi minlərlə fərd və ailələrə böyük bir zərbədir. COVID-19 gələcək on il ərzində müəssisələrin rəqabət tərzini geri dönüşsüz şəkildə dəyişdirdi. Əmin ola bilərik ki, yaxın gələcəkdə yeni dövrün tələblərinə uyğun və köhnə problemləri üstələmiş çoxlu sayda şirkətlər ortaya çıxacaq.

Azərbaycanda startap və innovasiya ekosisteminin inkişafı istiqamətində görülən işlər və pandemiya sonrası dövrə baxdıqda yeniliklərin olacağını proqnozlaşdırmaq mümkündür. Həmçinin Azərbaycan Prezidenti ölkədə innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamdan irəli gələrək ölkənin müasir çağırışlara cavab verəcək innovasiya strategiyası hazırlanır. Bundan əlavə Vergi Məcəlləsinə dəyişikliyə əsasən, Azərbaycanda mikro və ya kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startaplar “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəəti 3 il müddətinə vergidən azad olunur. Həmçinin artıq bu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti özünüməşğulluq proqramı çərçivəsində ənənəvi olmayan və innovativ layihələrə aktivlərin ayrılması istiqamətində dəstəyin göstərilməsinə başlayıb. Adıçəkilən proqramda “Enterprise Azerbaijan”, Dövlət Məşğulluq Xidməti ilə sıx əməkdaşlıq edir. Biznesə başlama və biznes mühiti istiqamətində çoxlu sayda görülən əhəmiyyətli islahatlar və prosedurların rəqəmsallaşması Azərbaycanı dünya reytinqində qabaqcıl ölkələrlə bir sıralara gətirib. Bu sektorda aparılan islahatların dayanıqlı və davamlı olması Azərbaycanın biznes mühitini daha da inkişaf etdirəcək və qlobal arenada yüksək rəqabətli ekosistemlərin çağırışlarına çevik cavab verməsinə töhfə verəcək. Digər tərəfdən ölkəmizdə kapitalın və əmlakın amnistiyasının tətbiqi nəzərdən keçirilir. Uğurlu tətbiqin baş tutacağı halda, amnistiya, startap və innovasiya ekosisteminə əhəmiyyətli səviyyədə müsbət təsir göstərəcək. Amnistiya nəticəsində deklarasiya olunan vəsaitlər startaplar, innovativ layihələr, investisiya fondları, investisiya şirkətləri, fond birjası, finteklər, investisiya bankları, sənaye parkları, aqroparklar, texnoparklar və başqa vasitələrlə real iqtisadiyyata yönləndirilə bilər. Bu təqdirdə, pandemiya sonrası dövr Azərbaycanda startap ekosisteminin iştirakçıları üçün yeni imkanların açılacağını, innovasiya-investisiya fondlarının, sərmayə cəlbi üçün yerli alternativ maliyyə mənbələrinin, startap kreditlərinin, o cümlədən yeni fintek alətlərinin yaranacağını vəd edir.

Tezliklə dövlətlər diqqətlərini həyat dəstəyindən yenidən ekosistem dəstəyinə çevirə biləcək. Həyatda demək olar ki, hər şey olduğu kimi, pandemiya və onunla bağlı böhran da keçəcək. Bundan sonrakı zamanda ölkələrin və bazarın nə kimi görünəcəyini söyləmək çətindir, ancaq şirkətləri aktiv və çevik olanlar, ayaqda qalmağı bacaranlar üçün böyük imkanların olacağı şübhəsizdir. Yeni tələbləri, tendensiyaları, proqnozları izləmək və analiz etmək çox vacibdir, çünki heç kim pandemiyanın nə vaxt bitəcəyini və potensial imkanların nə vaxt ortaya çıxacağını dəqiq deyə bilməz. Böhranlar əbədi olmur. Onlar, törətdiyi bütün fəsadlarla yanaşı, həm də sahibkarın zehni və iqtisadi dözümünü sınayır. Böhran müvəqqəti, orta və ya uzunmüddətli olsa da, bu bir sınaqdır. Və hər bir startap bu sınaqdan qalib çıxmağı qarşısına məqsəd qoymalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan məktəblərində “Son zəng” sədaları

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir