Koronavirusa görə qaçqınların yunan adalarına miqrasiyası azalıb
Afina, 15 aprel, AZƏRTAC
Koronavirus pandemiyası səbəbindən Avropa daxili sərhədlərinin bağlanması, beynəlxalq gediş-gəlişin dayandırılması qeyri-qanuni miqrasiyanın azalması ilə nəticələnib. Qaçqınların sayının azalması yunan hökumətinin bütün gücünü koronavirusla mübarizəyə səfərbər etməyə imkan yaradıb. BMT-nin qaçqınlar üzrə məruzəsində qeyd edilir ki, Egey adalarına martın 30-dan aprelin 4-nə kimi 39 nəfər qaçqın gəlib. Bu isə keçən aylarla nisbətdə çox azdır. Eyni zamanda artıq Egey adalarında olan 285 nəfər, Yunanıstanın materik hissəsində yerləşən düşərgələrə göndərilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]