Korporativ kartlar üzrə mövcud imkanlar müzakirə edilib
Bakı, 10 fevral, AZƏRTAC
Fərdi sahibkar və hüquqi şəxslər üçün emissiya edilən korporativ kartlar vasitəsilə aparılan əməliyyatlar üzrə mövcud imkanlar Azərbaycan Mərkəzi Bankı və bank ictimaiyyətinin nümayəndələrinin geniş tərkibli görüşündə müzakirə edilib.
Azərbaycan Banklar Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, görüşdə rəqəmsal ödənişlərin inkişafı və əhatə dairəsinin genişləndirilməsi, iqtisadi subyektlərin rəqəmsal ödənişlərin üstünlüklərindən yararlanması baxımından korporativ kartlarla aparılan rəqəmsal ödənişlər üzrə qarşıya çıxan məsələlərin həlli zərurəti qeyd edilib. Rəqəmsal ödənişlər sahəsində mövcud normativ-hüquqi çərçivə və onun tələblərinə toxunulduğu bu görüşdə korporativ kartlar üzrə mövcud imkanlara yenidən baxılması məqsədilə aidiyyəti dövlət qurumları ilə müzakirələrin birgə davam etdirilməsi qərara alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]