SİYASƏT
Korsika təmsilçisi: Fransa illər boyu beynəlxalq cinayətlər törədib
![Korsika təmsilçisi: Fransa illər boyu beynəlxalq cinayətlər törədib](/files/2023/3/1200x630/169779219850013437_1200x630.jpg)
Bakı, 20 oktyabr, AZƏRTAC
Müqavimət Korsika xalqını təsvir edən ən açıq ifadədir. Fransa illər boyu Korsikanı müstəmləkə altında saxlayaraq burada beynəlxalq cinayətlər törədib.
AZƏRTAC xəbər verir ki, bunu Korsika təmsilçisi Jean-Marc Rodriguez Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda konfransda çıxışında deyib.
O qeyd edib ki, Korsikada müstəqillik istəyənlər ya həbs edilir, ya da öldürülür.
“Mənim Vətənimdə azadlıq üçün cəsarətlə mübarizə aparan qəhrəmanlar var. Ancaq həmin şəxslərin adı bizim tarix kitablarımıza əlavə olunmayıb. Fransa öz koloniyalarında xalqların dilini, mədəniyyətini ləğv etmək, bizim millətçilik hislərimizi məhv etmək istəyir. Repressiyalar Korsika xalqı üçün adi hala çevrilib. Fransa illər boyu bizə yalan vədlər versə də Korsikada hakimiyyətə sadəcə Fransanın müəyyən etdiyi adamlar gəlir. Səsvermə və demokratiya Fransanın uzaq olduğu anlayışlardır. Bütün beynəlxalq təşkilatlardan Korsikanın suverenliyinin təmin olunması üçün kömək istəyirik”, - deyə Jean-Marc Rodriguez bildirib.