Kosovo Futbol Federasiyasının prezidenti doqquz ay müddətinə azadlıqdan məhrum edilib
Bakı, 27 fevral, AZƏRTAC
Kosovo Futbol Federasiyasının prezidenti Aqim Ademi rüşvət verməkdə şübhəli bilinərək doqquz ay müddətinə azadlıqdan məhrum edilib.
AZƏRTAC xəbər verir ki, Apellyasiya Məhkəməsi iyulda paytaxt Priştina məhkəməsinin qərarını qüvvədə saxlayıb. İstintaqın gedişində müəyyən edilib ki, 2012-ci ilin iyulunda A.Ademi və iş ortağı Məhərrəm Rama daşınmaz əmlakla bağlı saxta sənədlər müqabilində bələdiyyə işçisini 30 min avro ödəməyə və ya avtomobil almağa məcbur ediblər.
A.Ademi Kosovo Futbol Federasiyasının sabiq rəhbəri Fadil Vokrinin qəfil vəfatından sonra - 2018-ci ildə qurumun prezidenti seçilib. O, əvvəllər federasiyanın vitse-prezidenti vəzifəsini icra edib. UEFA Millətlər Liqasında Azərbaycan yığması ilə eyni qrupda mübarizə aparan Kosovo millisi iki oyunun nəticəsinə görə (0:0, 4:0) komandamızdan üstün olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]
Azərbaycan Premyer Liqasında VIII tur start götürür
- 16.10.2026 [01:49]
UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]