Kostanay vilayətindəki soydaşlarımız "YAŞAT" xeyriyyə marafonuna qoşulublar
Bakı, 27 may, AZƏRTAC
Qazaxıstanın Kostanay vilayətində fəaliyyət göstərən azərbaycanlı icmasının “Birlik” etnomədəni cəmiyyətinin təşəbbüsü ilə “YAŞAT” xeyriyyə marafonuna dəstək tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən “Birlik” cəmiyyətinin sədri Rafail Hacıbalayev deyib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il Vətən müharibəsində Qələbəni bizə yaşadanlara və Zəfər tarixini yazanlara dəstək olmaq hər bir azərbaycanlının borcudur. “Qazaxıstan azərbaycanlıları da böyük xalqımızın bir hissəsi olaraq hər an dövlətimizə dəstək vermək üçün əlindən gələni etməyə hazırdırlar”, - deyə o qeyd edib.
Cəmiyyətin tədbirdə iştirak edən 51 üzvü “YAŞAT” xeyriyyə marafonuna qoşulduğunu bildirib və ianə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [22:04]
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb
- 12.10.2026 [20:22]
Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır
- 12.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 12.10.2026 [19:03]
ETSN-in əməkdaşları qan veriblər
- 12.10.2026 [18:50]
Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb
- 12.10.2026 [18:33]
Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq
- 12.10.2026 [18:14]