Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir
Moskva, 9 iyun, AZƏRTAC
Rusiya Baş nazir Nikol Paşinyana təbrik göndərməzdən əvvəl Ermənistandakı parlament seçkilərinin rəsmi nəticələrini gözləməyə üstünlük verir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Vladimir Putinin Nikol Paşinyanı seçkilərdə qələbəsi münasibətilə təbrik etməyi planlaşdırması ilə bağlı suallarına cavab olaraq bildirib.
Kremlin sözçüsü deyib: “Yekun rəsmi nəticələri gözləmək vacibdir. Bilirsiniz, bir çox qeyri-müəyyən məqamlar var idi, seçki pozuntuları ilə bağlı çoxlu məlumat gördük, ona görə də rəsmi nəticələri gözləməyə üstünlük veririk”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]