KRIM MAYAKLARI İLƏ BAĞLI MÜNAQİŞƏNİN HƏRBİ QARŞIDURMAYA GƏTİRİB ÇIXARA BİLƏCƏYİ İSTİSNA EDİLİR
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərdə çoxsaylı problemlər mövcuddur, lakin onlardan heç biri bu münasibətləri silahlı toqquşma səviyyəsinə çıxarmayacaqdır. O demişdir: “Əminəm ki, hər iki dövlətin rəhbərliyi öz məsuliyyət dərəcəsini başa düşür, öz vətəndaşlarının mənafelərinə və ehtiyaclarına müvafiq surətdə hərəkət edəcəkdir”.
Bununla yanaşı, nazir Qara dəniz donamasının Krımdakı obyektlərdən istifadəsinə görə icarə haqqının qaldırıla biləcəyini istisna etmir. Anatoli Qritsenko demişdir: “Əgər ikitərəfli münasibətlərin başlıca sahəsində, energetika sektorunda mövcud sazişlər köklü surətdə yenidən nəzərdən keçirilirsə və “qardaşlıq” kateqoriyasından olan münasibətlər “ədalətli bazar münasibətləri” kateqoriyasına yönəldilirsə, onda tamamilə məntiqəuyğundur ki, belə yanaşmalar Ukrayna-Rusiya qarşılıqlı əlaqələrinin digər sektorlarında da tətbiq ediləcəkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]